Cəmiyyət

Sulutəpədə yağış suları evlərə doldu

10 Fevral 2018 23:06
0 Şərh     Baxış: 1 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağan yağış Bakıda fəsadlar yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar nəticəsində yağış suları ilə dolub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən suçəkmə işləri aparılıb və vətəndaşlara müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.