Cəmiyyət

Generalın xanımı məktəbdəki qalmaqallı videodan danışdı: Telefonlarımız susmur

10 Fevral 2018 22:51
8 Şərh     Baxış: 10 915

"Xəbər çıxandan telefonlarımız susmur. Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu sabiq müdafiə naziri, general Dadaş Rzayevin xanımı Ayişə Rzayeva deyib.

Ayişə Rzayeva bu gün Bakıda məktəbdə intim görüntüsü yayılan şagirdin Dadaş Rzayevin nəvəsi olması barədə yayılan xəbərləri təxribat adlandırıb.

Dadaş Rzayevin nəvələrinin hazırda Azərbaycanda olmadığını deyən Ayişə Rzayeva qeyd edib ki, bu hadisədən sonra özü və yaxınları narahatlıq keçiriblər: "Bütün qohumlar, yaxınlar zəng edir ki, bu nə xəbərdir? Belə bir generala qarşı bu cür hərəkət olarmı? Dəqiqləşdirilməmiş məlumatı yaymaq nə qədər doğrudur? Nüfuzlu bir generalın adına ləkə gətirmək, şəklini qoyub, nə gəldi yazmaq kimlərin marağında ola bilər?".

Ayişə Rzayeva generalın bu məlumatlardan xəbərsiz olduğunu, səhhəti ilə bağlı ondan gizlətdiklərini söyləyib: "Dadaş müəllim insult keçirib. Belə bir vaxtda onun haqqında yalan və ayıb məlumatlar yayılması ona çox pis təsir edəcək. Bu barədə ona qəti olaraq məlumat verməmişik. Çalışıram ki, xəbər tutmasın".

Generalın xanımı qalmaqal baş verən məktəbdə heç bir qohumlarının təhsil almadığını da söyləyib: "Ölkədə minlərlə Rzayev var. Hər Rzayevi gətirib Dadaş Rzayevlə bağlamaq olmaz axı".

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.

Qalmaqlada adı keçən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olması barədə xəbəri yerli saytlar yayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Tovuzlu E · 10 Fevral 23:0000

    Hmm Demeli, hansisa nufuzlunun qohumudu o geda

    Cavab yaz
  • Anonim
    QQ · 10 Fevral 23:0421

    Saytlar olmayan şeyi yaymazlar .Bu xəbəri çəktəbdən veriblər saytlara .

    Cavab yaz
  • Anonim
    Muhamməd ümməti · 11 Fevral 01:5442

    Türmədə bu şagirdin özünün quşxanasın elə dağıdacaqlar ki onda ağlı başına gələcək .qıızda cındırdı ağıllı qızıa qarşı heckim belə hərəkət edə bilməz ikisidə ölümə məhkumdu

    Cavab yaz
  • Anonim
    User · 11 Fevral 09:3230

    Nevesi deyilse kishi neye gore narahat olmalidi ki?Ne ise...

    Cavab yaz
  • Anonim
    cavab · 11 Fevral 14:4610

    evvala ele xeberler bele aciqlanmamalidir Niye mediyalar ohret ucun her iyrenc emelleri acib aqardirlar Eger bu hadie oluba hemin mekteb hellin tapib uaqi ailesi ile birge muhakime etmelidir ve her ke de bileriki bu heqiqeten kimdirNazir balasidi,fehle balasidi Yoxa yalanci saiyedirse kimin iteen adin vererlerMen eger bele bir ey olmaya olmaya menim uaqima er atirlarsa birinci mektebi somra saiyeni yayani mehkemeye vererem subut ederem kim kimdir

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 11 Fevral 17:2631

    Ay Türk'leri bele xeberlere göre tehqir eden şerhçiler hardasınız???? Indi teqsir kimdedi? Bu xeber çıxandan özümde deyilem,zemane niye bele oldu? Bu da tehsil ocağı,en çox etibar etdiyimiz,güvendiyimiz ocaq. Sen deme oranın tüstüsü daha göz çıxaranmış

    Cavab yaz
    • Anonim
      firdovsi · 11 Fevral 17:5430

      hər yerin pisidə var yaxşisida

      Cavab yaz
  • Anonim
    Ucarlı · 11 Fevral 21:4910

    Meşə çaqqalsiz olmaz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.