Cəmiyyət

Su satılan plastik qablar allergik konyuktivit yaradır

10 Fevral 2018 23:25
0 Şərh     Baxış: 1 421

Son zamanlar uşaqdan tutmuş böyüyə kimi çox adamda rast gəlinən allergik konyuktivitlər - gözün qızarması, gözün şişməsi, qaşınmasının səbəbləri qida, su və plastik qablardan qaynaqlanır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, oftalmoloq Nuridə Məmmədəliyevanın dediyinə görə, son zamanlar ədviyyatlı qidalar, uşaqlar üçün çubuqlar, krekerlər, çipslər, qutularda təbii şirələr gözün selikli qişasında iltihab yaradır.

" Orqanizmdə mənşəyi məlum olmayan iltihabın kökündə orqanizmə yad maddələrin keçməsi dayanır. Su içdiyimiz plastik qablarda iltihab yaradan maddələr var. Onlar orqanizmin istənilən selikli qişasında, həmçinin gözlərdə toplanıb iltihab yarada bilər. Ona görə uşaqları xüsusilə belə məhsullardan uzaq tutmaq lazımdır".
Həkim qeyd etdi ki, Bioloji Təbabət klinikasında toksiki zəhərlənmənin dərəcəsəni təyin edərək, xəstəyə limfa drenaj olunur. Orqanizm toksinlərdən təmizləndikcə gözlərin selikli qişası da təmizlənir.
 
Orqanizm təmizlənməsə, gözləri ayrıca müalicə edib, dərman, damcı tökməyin faydası olmayacaq və konyuktivit yenidən qayıdacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.