Cəmiyyət

İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı?

10 Fevral 2018 21:55
2 Şərh     Baxış: 1 357

Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munəfiqun, 9).
"O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38).
İşdə şərait və vaxt tapmağa çalışmaq lazımdır. Allah bunu çox istəyənlərə nəsib edir. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2).
Milli.Az zikr.az-a istinadən bildirir ki, yalnız zərurət hallarında zöhr namazı ilə əsr namazını, həmçinin məğrib namazı ilə işa namazını birləşdirməyə icazə verilir. İki namazı birləşdirərkən hər hansı birinin vaxtında qılmaq olar. Zərurət hallarına isə səfərdə olmaq, xəstəlik, təxirəsalınmaz iş -- məsələn, həkimin xəstəni əməliyyat etməsi və ya tələbənin imtahan verməsi və s. daxildir. Ona görə də, namaz qılmağa şərait tapmağa cəhd edin, alınmasa, namazları birləşdirə bilərsiniz. Nəzərə alın ki, yalnız yuxarıda deyilən namazları birləşdirmək olar, bütün namazları birləşdirib birdən qılmaq olmaz. Həmçinin daimi olaraq namazları birləşdirmək olmaz, imkan yaranan kimi, hər namazı öz vaxtında qılmaq lazımdır. Namaz qılmağa şərait yoxdursa, oturaraq qılmaq icazəlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    elvin · 11 Fevral 01:3420

    Mən namazı qəza edmirəm. Mən namazı öz vaxtında qılıram.mən işdə olsamda harda olsamda elə orda qılıram namazı.mən insanlardan qorxmuram.mən tək və hər şeyə qalib gələn. ALLAH.dan qorxuram.Quranda.ALLAH. deyir.Hara səfərə çıxsan namaz qıldıqda üzünü Məscidulharama tərəf çevir.Harada olursunusa olun.üzünüzü ona tərəf çevirin ki,Zamanlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın.onlardan qorxmayın.Məndən qorxun ki.Məndə sizə olan nemətimi tamlayım və bəlkə,siz doğru yola yönələsiniz.(bəqərə sürəsi.150)

    Cavab yaz
    • Anonim
      sunnu · 11 Fevral 17:4410

      Ehsen.size.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.