Cəmiyyət

Dünya və axirətdə hər bir xeyrin kökü nədir?

10 Fevral 2018 23:15
2 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Təəccüblüdür, təəccüblüdür o kəs ki, cavidan evin olduğunu qəbul edir, ancaq fani saray üçün çalışır. Bilir ki, Allahın razılığı Onun itaətindədir, ancaq Onunla müxalifətlikdə addım atar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Dünyada qəriblər və yol gedənlər kimi yaşa və özünü ölülərdən hesab et. Səhər olan kimi günəş batana qədər sağ olmağına ümid bəsləmə. Gecəni də səhərə qədər sağ qalmağına görə".

Həzrət Peyğəmbər (s) buyurur: "Dünya və axirətdə hər bir xeyrin kökü bir şeydir və o da - Allah Təaladan qorxmaqdır".

Əmirəl-möminin (ə) buyurur: "Hər kim Allahla olan rabitəsini islah edər, Allah da onun insanlarla olan rabitəsini islah edəcəkdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü bəndənin əməl tərəzisinə qoyulan ilk şey - onun gözəl əxlaqıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.