Cəmiyyət

Ailəsini sevindirən kişini, Allah Qiyamət günü sevindirər

10 Fevral 2018 23:10
4 Şərh     Baxış: 1 628

Hər bir İslam dinində olan şəxs istəyir ki, axirəti xeyirli olsun və behiştin ən yüksək dərəcəsində qərar tutsun. Bəs bunun üçün nə etmək lazımdır?

Bu düzdür ki, gecə namazı, sədəqə vermək, məhrum olanlara xidmət etmək, fədakarlıq göstərmək... kimi əməllər sizi İlahi qürb məqamına çatdıra bilər. Ancaq ondan da asan yol vardır. Bu da ailə üzvlərini sevindirməkdir. O zaman ki, siz sadə bir əməllə ailə üzvünüzü sevindirirsiniz, bu əməliniz minlərlə ibadətdən çox savaba malik olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, kişi öz xanımının yanında əyləşər və söhbət edər, Allah üçün (bu əməl) o kişinin Kəbənin ətrafında etikaf etməkdən daha üstündür və savabı da daha yüksəkdir".

İmam Rza (ə) buyurur: "Əgər kişi məhrəmlərindən birini sevindirər, Allah Təala qiyamət günü onu sevindirəcəkdir".

Bəzi insanlar belə düşünür ki, başqalarını sevindirməyin savabı ailə üzvlərini sevindirməkdən daha üstündür. Əslində bu insan öz işini çətinləşdirmiş olar. Qızına bir hədiyyə alaraq, həyat yoldaşına bir paltar alaraq onu sevindirərsə, bu əməlin savabı başqa əməllərdən daha yüksək olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs övladını öpərsə, Allah hər öpüşə görə ona behiştdə bir dərəcə verər ki, hər iki dərəcə arasındakı fasilə 500 il qədər ölçüsündə olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ki, ailəsinə xidmət etməkdən boyun qaçırtmaz, hesab vermədən behiştə daxil olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 Fevral 23:4351

    Sorqusuz sualsiz Behishte daxil olum bunu her zaman arzulayirammm

    Cavab yaz
  • Anonim
    Kem · 11 Fevral 08:2840

    Bes arvadını durmadan inciden, agladan kişi nece, insanı heyata kusdururler. Allah versin bele kişilerin cezasını, insan öz heyat yoldaşından pislik gorende damarlarında qanı donur

    Cavab yaz
  • Anonim
    Saray qesebesi · 11 Fevral 10:0040

    Insaallah Esra xanim qebul olarsiz!!!!

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 12:5940

      Coxx saq olll cox saq ol.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.