Cəmiyyət

Günün qoroskopu: ötənləri xatırlayıb köks ötürməyin

11 Fevral 2018 00:01
60 Şərh     Baxış: 7 806

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - çoxdan hazırladığınız planları reallaşdırmaq üçün münasib zamandır. Gərəkli insanlarla əlaqələr yaradın. Potensial tərəfdaşların niyyət və istəklərindən hali olun. Cəsarətli, amma nəzakətli davranın.

Günün ikinci yarısında yeni layihəyə, işə başlamaq olar. Ən ağır problemin həllinə başlamaqdan çəkinməyin.

Şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Həmfikirlərlə birlikdə vaxt keçirin. Enerji potensialınızın səviyyəsi yüksəkdir.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən mteodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.

Normal istirahət edin.

Əkizlər - günün ilk yarısından etibarən əlavə işlər və həlli təcili tapşırıqların sayı artacaq. İşdə həmkarlarınızdan birini əvəzləməli olacaqsınız. Hesablama və yazışmalarda diqqətli olun.

Hüquqi məsələlərin həllini əsla ertələməyin.

Günün ikinci yarısında gündəlik qayğılarınız ağır, maraqsız və rutin iş təsiri bağışlamasın. İşləri bir kənara ataraq yalnız istirahət, yaxud da əyləncə barədə düşünməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Xərçəng - günün ilk yarısı əlverişli zamandır. Problemlərin öhdəsindən qeyri-ənənəvi yollarla gələ bilərsiniz. Planlarda köklü dəyişikliklər, təcili səfər və ya ezamiyyət istisna deyil. İşgüzar yazışma ilə məşğul olun, sənədləri qaydaya salın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə qətiyyətli olun. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Onlar məişət məsələləri ilə yanaşı, təhsil və peşəkar fəaliyyət sahələrində də yardımlarını əsirgəməyəcəklər.

Sevdiyiniz insan üçün qısqanclığa səbəb yaratmayın.

Şir - qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər.

Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.

Qız - peşəkar fəaliyyətinizdəki bəzi problemlərin həll yollarını dostlarla ünsiyyətdə aşkarlaya bilərsiniz. Qətiyyətli olun. Ən kiçik problemlə qarşılaşanda geri çəkilməyin. Yaxşı nəticələrə nail olmaq üçün əzmkar olmalısınız.

Günün ikinci yarısında hisslərə qapılaraq düşünülməmiş addım atmayın. Yaxınlarınızın sizə yardım etmələrini, arxa durmalarını istəyirsinizsə, susmayın. Onları dinləyin. Adamlar hisslərinizi və istəklərinizi telepatik duya bilməyəcəklər. Yalnız açıq söhbət, birbaşa ünsiyyət təmaslardakı sərinliyi aradan qaldıra bilər.

Səmimi, qayğıkeş olun.

Tərəzi - günün ilk yarısındakı situasiya gərgindir. Həddən artıq tələbkar insanla qarşılaşa bilərsiniz. İfrat dərəcədə inadkar olmayın. "Müstəqillik savaşı" üçün əlverişli zaman deyil. Davranışınızdakı qüsurlar ünsiyyətdə problemlər yaratmasın.

Günün ikinci yarısında vədləri yerinə yetirin. Yaxınlarınızdan birinin yardıma ehtiyacı var. Onun müraciətini unutmayın. Yeni tanışlıqlar uzun müddət davam etməyəcək. Etibar etdiyiniz insanlarla çalışmağa üstünlük verin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb - adi gündərdən fərqli olaraq bu gün çox danışmayın. Diqqəti sözə yox, işə yönəldin. Yalnız öz maraqlarınızın təminatına can ataraq təkəbbürlü insan təsiri bağışlamayın.

Mövqelərinizi, fikrinizi qarşı tərəfin diqqətinə çatdıranda emosiyalara qapılmayın.

Günün ikinci yarısında tənbəllik etməyin, sirlərinizdən söhbət açmayın.

Yeni biliklər və informasiya əldə etmək üçün münasib zamandır. Axşam saatlarına yaxın yeni tanışlıq olacaq. Həmin tanış sonradan dosta çevrilə bilər. Hər şey sizdən asılıdır.

Oxatan - günün ilk yarısından etibarən diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanların maraqlarını qulaqardına vurmayın. Peşəkar məziyyətlərinizi, bacarıqlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında marketinqlə və ya satışla bağlı əməliyyatlar gəlir vəd edir. Gizli əlaqələr, məxfi ünsiyyət, dedi-qodudan uzaq durun. Əməllərinizin xoşagəlməz fəsadlarla sonuclanmasını istəmirsinizsə, sərvaxt olun, ehtiyatı əldən verməyin.

Axşam saatlarına yaxın uzaq yola çıxmayın.

Oğlaq - həddən ziyadə təcrübəli olduğunuzu düşünməyin. Belədə yanlışlıqlara yol verərək peşəkar fəaliyyətinizdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Hadisələrin axarı ciddi problemi istisna etmir. Rəqiblərinizdən birinin müqaviməti ilə qarşılaşacaqsınız.

Günün ikinci yarısında şəxsi münasibətlərdə kiçik dəyişikliklər olacaq. Narahat olmayın, pis heç nə baş verməyəcək. Ailə üzvləriniz və yaxınlarınızın yardımlarına bel bağlaya bilərsiniz.

Axşam saatları əyləncə üçün əlverişlidir.

Dolça - boş söhbətlər və mənasız dartışmalar işlərin gedişatında problemlər yarada bilər. Çalışdığınız qurumda vaxtınızı fövtə verməyin, yaranan imkanlardan istifadə edin. Danışıqlar üçün yaxşı zamandır. Sizi çoxdan bəri narahat edən problemin həll yollarını arayın.

Günün ikinci yarısında işlərinizə diqqətlə yanaşsanız, rəqibləri geridə qoya bilərsiniz.

Axşam saatlarına yaxın yaşam arealınızda qayda, nizam yaradın. Zərərli vərdişlərdən birini unutmaq üçün sərfəli zamandır.

Ünsiyyətdə sayıq olun.

Balıqlar - mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.

Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun.

Ötənləri xatırlayıb köks ötürməyin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

60 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0105

    YENİ GÜNÜNÜZ UĞURLU OLSUN.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 09:5905

      Cox saq ol Tebrikler

      Cavab yaz
      • Anonim
        ^^^^^Mehriban · 11 Fevral 10:1405

        Eli qardaşım tebrik edirem hemise birinci olasan. Senin de gunun ugurlu olsun Eli qardaşim.

        Cavab yaz
        • Anonim
          Əli proqnoz.№ · 11 Fevral 10:2103

          Çoxx sağol canım bacım təşəkkürlər.

          Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 11 Fevral 10:2105

        Çox sağol Esra.

        Cavab yaz
  • Anonim
    Yağmur · 11 Fevral 00:0124

    Bazarınız uğurlu olsun

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 09:5916

      Seninde Yaqmurum.

      Cavab yaz
      • Anonim
        Yağmur · 11 Fevral 13:1200

        Çox sağol

        Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 11 Fevral 00:0126

    Bazar gunum uqurlu gozel olsun Amin.

    Cavab yaz
    • Anonim
      ^^^^^Mehriban · 11 Fevral 10:1506

      Esra bacim tebrik edirem hemise birinci olasan canim bacim.

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 11 Fevral 12:2003

        Cann Mehri cannn coxx saq ol canim.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0211

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~429~✭.✭.✭-cU BÖLÜM---Romantik kişi bürcləri

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0302

    QOÇ -Qoç bürcünə aid olan kişilər ağıllı tərəf müqabili istəyirlər Arzularınızı ona açıq şəkildə bildirməkdən çəkinnməyin.Ona olan hisslərinizi söyləməkdən utanmamalısınız.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 09:5916

      Bes xanimlar Eli muellim??

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 11 Fevral 10:2113

        Hmm.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0413

    BUĞA ~ Sevginizin və niyyətinizin həqiqi olduğuna inanarsa, onunla çox xoşbəxt ola bilərsiniz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0512

    ƏKİZLƏR ~Əkizlərlə yola getməyin ən asan yolu onun azadlığına mane olmamaqdır.Onlar ağıllı və çox danışan qadınları xoşlayırlar.Yeniliklərə hazır olan qadınlara üstünlük verməklə yanaşı, diqqət mərkəzində olmağı xoşlayırlar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0612

    XƏRÇƏNG ~ Onlar ən sadiq bürclər arasında olduğu üçün eyni sədaqəti həyat yoldaşlarından da gözləyirlər.Yaxşı yoldaş və ana olmağınızı gözləyirlər.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 10:0114

      Dubbeduz (Xercengimin biricik Esrasi)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0712

    ŞİR ~Sevgi, bağlılıq onun üçün çox əhəmiyyətlidir. Şirlər qürurlu və ləyaqətli insandır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0812

    QIZ ~Onun məsuliyyətli iş adamı olduğunu unutmayın.Qısqanclığınızla onu boğmayın. Sevgiliniz ilə əyləncəli münasibət qurmağa çalışın.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0806

    ❤❤❤❤ Əsra canımm səni təbrik ediremm, sən buranın kala gülüsən.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 10:0014

      Cox saq ol Eli muellim coxx saq ol.

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 11 Fevral 10:2205

        00.08 öz adınlaaaaaa yazz.

        Cavab yaz
        • Anonim
          Esra ibrahimli (Samaxi) · 11 Fevral 12:2113

          Gorursennnn eeee adla yazmayinda kompliment hesab edirsinizse oz adinizla terif edindeee Eli muellim guya ozu mene ne istese yaza bilmezzz???

          Cavab yaz
          • Anonim
            Esraya · 11 Fevral 12:4412

            ne terifi, mence o sherhi elinin ozu yazib. Anlayandaki kala gulunu xristianlar qebir uzerine qoyurlar, fikrini deyishib, men yazmadim deyir,esraciq...

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 11 Fevral 12:5212

              Eybi yoxdu her kim yazib ecceb edib guya men dunyani tutub qalacam eybi yox olerem qebrime qoyarlar sen neee heeee sen niye nerahat olursan ki yazan o oxuyan da men kenardan kiminse mudaxilesi yaxsi alinmir Heyatda da belsiniz mene maraqlidi ve niye belesiniz

            • Anonim
              Esraya · 11 Fevral 12:5820

              Ashagida dollara yazilan sherhi niye sildirdinki? ele deyisenlkiii???

            • Anonim
              Esraya · 11 Fevral 12:5932

              Qargish elesen ozune qayitsin, sennen zehlem gedirr...esraciq

            • Anonim
              Əli proqnoz.№ · 11 Fevral 13:5314

              12.44 Ağılsız...Mən bürclər haqqında yazırdım..Şərh böhtan atma....Esra buranin Ən gözəl çiçəklərindənir...O başqa..Sən get özünü yoxlatdır Düşük.

            • Anonim
              Esra ibrahimli (Samaxi) · 11 Fevral 14:2123

              12 59 eybi yoxdu zehlen gedir getsin amma mene neqativ yazma menden Allahin xoshu gelsin senin xoshun geldi gelmedi dexlisi yoxdu Meni byrada cox isteyen dostlarim var.

            • Anonim
              Esra ibrahimli (Samaxi) · 11 Fevral 14:2224

              Cox saq ol Eli muellim cox saq ol.

            • Anonim
              Əli proqnoz.№ · 11 Fevral 14:4304

              Nə demək canım mənim, sən mənim bitanəmsən:))))))))))

  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0922

    TƏRƏZİ ~Tərəzilər qadın gözəlliyinə çox əhəmiyyət verirlər.Ağıllı və romantik qadınları sevirlər.Özləri də romantik bürc hesab edilirlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:0912

    ƏQRƏB ~Ona yaxınlaşmağa qorxmayın. İlk addımı sizin atmağınız onun xoşuna gələ bilər.Onlarla darıxmaq mümkün deyil.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:1112

    OXATAN ~Sürprizlərlə dolu kişilərdir. Onlar məcarapərsət ruhlarına uyğunlaşa bilən qadınlara üstünlük verirlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:1212

    OĞLAQ ~Bu qədər ciddi bir adamı başdan çıxarmaq asan deyil. Onlar ciddi və özünə nəzarət edən qadınları sevirlər. Sizə sürprizlər etmək və romantik məcaralar yaşatmaq üçün can atırlar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:1312

    DOLÇA ~Onunla rahat olun. Çünki onlar insanlara tez öyrəşirlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Fevral 00:1312

    BALIAQ ~Onlar doğuşdan romantik olurlar.Əvvəlcə çox əyləncəli tip kimi görünsələr də, tanıdıqca romantik olduğunu hiss edəcəksiniz.Romantizmin onlar üçün böyük önəmi var.

    Cavab yaz
    • Anonim
      samka · 11 Fevral 12:5801

      baliq burcundən olan insanlardan zəhləm gedir sohrətpərəst var duskunu ədali qatiga qara deyən kimin imkani var ona girən məhəbbətsiz laqeyd ozundə gunah gorməyən ifritə nifrət olunmus .!

      Cavab yaz
      • Anonim
        Harlnpasa · 11 Fevral 13:4520

        Samka gormusen beyem ballqlarln pisliyin? Ballq burcunden olan insanlar su kimi temiz olurlar

        Cavab yaz
  • Anonim
    ^^^^^Mehriban · 11 Fevral 00:1503

    Salam Eziz bacilarim ve qardaslarim sabahiniz xeyir olsun isiniz ugurlu olsun Allah sizleri qorusun.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 10:0014

      Allah senide qorusun Mehrim can

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 11 Fevral 13:4801

      Salam mehriban xanlm

      Cavab yaz
      • Anonim
        ^^^^^Mehriban · 11 Fevral 17:2301

        Salam Harinpasa

        Cavab yaz
  • Anonim
    zyuma · 11 Fevral 01:1511

    men hec bu ulduzlarin dediklerine inanmiram...Yalniz ALLAHima inaniram...Qoy ALLAH her birimizin komeyine catsin...

    Cavab yaz
  • Anonim
    $.$.$. · 11 Fevral 08:2224

    Sabahınız xeyir. hörmətli moderator və şərhcilər.

    Cavab yaz
  • Anonim
    men · 11 Fevral 09:2001

    hardasınız

    Cavab yaz
  • Anonim
    Nöqtə · 11 Fevral 09:5660

    Mən Əsranı tanıyıram o evli deyil nə də uşağı yoxdur. O ərə getməyən qız xeylağıdır. Sadəcə görməmiş kişilər ona yazmasın deyə evliyəm bir uşağım yalanını uydurub. Bu qədər avam olmayın, dostlar

    Cavab yaz
    • Anonim
      Nöqteye · 11 Fevral 10:1903

      Hec inadirici deyil.o özü burda ancaq ele oğlanlara yazir qadinlara yaxin durmur hec.

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Fevral 10:2646

      Sehv edirsen Menim ailem var canim oqlum var.

      Cavab yaz
    • Anonim
      $.$.$. · 11 Fevral 11:2643

      Nöqtə bu məlumat məncə yalnışdır. ola bilməz Esra ailəli olmasın . ailəli olmamaq da ayıb deyil ki. kimsə ailə qura bilməyibsə canını sıxmasın vaxt gələr ailə qurar.

      Cavab yaz
  • Anonim
    H.H · 11 Fevral 14:4604

    Salam Esra xanim necesen?

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 11 Fevral 18:5511

      Salam cox saq ol yaxshiyam.

      Cavab yaz
  • Anonim
    H.H · 11 Fevral 14:4715

    Eli qaqa sen meni niye yigmadin?eger danismaq istemirsense mene vatsapda mesaj da ata bilersen.vatsapda yazisariq sene sozum var

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 11 Fevral 21:4502

      ☺☺☺☺☺☺

      Cavab yaz
  • Anonim
    $.$.$. · 11 Fevral 20:4714

    bu gun bu səhifədə salam yazıb cıxmışam . Esra xanım nə yazıb pozubsunuz arxamca? şərhləri ötəri gözdən kecirtdim gördum. nə sözunuz varsa acıq aydın yaza bilərsiniz. buyurun....

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 11 Fevral 23:0613

      Men hec kimin arxasiycan yazib pozmuram sozum olanda uzede lazim olsa cevirib astarina da deyirem senin yazdiqun sherhin altindan bir nefer mexluk terbiyyesiz sherh yazmishdi onu rehmete gonderib torpaqnan ort basdir etdirdim saq olsun Gunorta smeninde ishleyen yerlim Moder cannnnn teshekkur edirem ona ki sildi

      Cavab yaz
  • Anonim
    Rəna · 11 Fevral 22:0201

    Mənimdə ən mifrət elədiyim baliq bürcüdü iki üzlü satqın istifadəci xain paxıl quyu qazan nifrət eləyirəm o qədər pislik görmüşəm oları görəndə qacıram həyatımı məhv etdilər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.