Cəmiyyət

Biri digərini ya öpür, ya da qucaqlayır - Belə videoların toylarda nümayişi düzgündürmü? - VİDEO

22 Yanvar 2018 22:52
4 Şərh     Baxış: 3 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər toylarda geniş yayılan "love story"lərdən danışmaq istərdik. Yenilik və fərqlilik etmək istəyən bəzi cütlüklər artıq ifrata yol verirlər. Belə ki, sevgi hekayəsi adıyla yayımladıqları videolarda çox açıq səhnələri nümayiş etdirirlər. Halbuki, toyda uşağından tutmuş yaşlısına qədər müxtəlif yaş kateqoryasında olan adamlar var. Apardığımız sorğu da onu göstərir ki, belə videolar insanlar tərəfindən birmənalı qəbul edilmir.

Cəmiyyətdə belə videolara münasibət birmənalı deyil. İnsanlar belə videoların sonradan "Youtube'' video portalına da yükləndiyini bunun isə yeniyetmələrə pis örnək olduğunu bildirirlər.

Müasirləşən cəmiyyətə yenilik gətirmək təqdirəlayiqdir. Fərqlilik axtarışında olan bəzi cütlüklər videoda əndazəsini aşan kadrlardan istifadə etməyə başlayıblar. Belə ki, məhrəm hissləri sevgi hekayəsi adı altında nümayiş etdirməyə başlayıblar.

Sosioloq Rəfael Həsənovun sözlərinə görə, belə cütlüklər öz valideynlərini də çıxılmaz vəziyyətdə qoyurlar. Hətta onları nəslin ağsaqqalları yanında utandırırlar. Qınaq obyektinə çevrilmədikləri müddət ərzində isə mental dəyərləri korlamış olurlar.

Rəfael Həsənov sevgi hekayələrinin hazırlanmasını yox, ssenariləri tənqid etdiyini deyir. Kommersiya məqsədilə təklif olunan belə süjet xəttlərindən uzaq durmağı tövsiyyə edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Biri digərini ya öpür, ya da qucaqlayır - Belə videoların toylarda nümayişi düzgündürmü?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.