Cəmiyyət

Bakıda maraqlı hadisə - VİDEO

22 Yanvar 2018 22:34
1 Şərh     Baxış: 5 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında avtomobilə yaxınlaşan şəxs qəfil onun şüşəsini sındırmağa başlayır. Daha sonra isə əlindəki çəkiclə qabaq faraları və kapotunu döyəcləyir.

Milli.Az bildirir ki, görüntülər paytaxtanı Bakıxanov qəsəbəsi sülh küçəsində təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Avtomobilin sahibi Samir Həsənov deyir ki, artıq bununla ikinci dəfədi ki,onun maşınına tanımadığı kimsə gecələr gəlib ziyan vurur. İlk dəfə avtomobil əziləndə məhəl qoymasa da, ikinci dəfə kimsə onun avtomibilini təmirdən çıxan kimi yenidən əzib.

Həmin şəxs avtomobildən heç bir oğurluq etməyib. digər maraqlı məqam ondan ibarətdir ki, həyətdəki maşınlardan yalnız onun maşınına zərər yetirilib. Bu məhz şəxsi ədavət ehtimalını gündəmə gətirsə də, S.Həsənov deyir ki, şübhələndiyi adam yoxdur və heç kimlə ədavəti yoxdur. Həmin şəx bunun qarşısını almaq üçün həyətə kamera da quraşdırıb.

Hazırda avtomobil sahibi maşınını yenidən təmir etdirməyə risk etmir. Samir Həsənovu narahatdır ki, avtomobili təmir etdirdikdən sonra ona yenə ziyan vursunlar. O məsələ ilə bağlı Sabunçu rayon 13-cü polis bölməsinə müraciət edib və video görüntüləri də polisə təqdim edib. Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda maraqlı hadisə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.