Cəmiyyət

Mübariz Mənsimovun daha bir tankeri saxlanıldı

19 Yanvar 2018 23:14
11 Şərh     Baxış: 3 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Palmali Dənizçilik Şirkətinə" məxsus "Ağsu" adlı yük tankeri Danimarkanın Kalundborq limanında saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, tanker yanvarın 11-də limana çatdıqdan sonra Danimarka müfəttişləri tərəfindən yoxlamalara başlanılıb.

Araşdırmalar nəticəsində tankerdə texniki əskikliklər üzə çıxıb və səfərə çıxmasına icazə verilməyib.

Qeyd edək ki, 150 metr uzunluğu və 17 metr eni olan "Ağsu" yük tankeri 2008-ci ildə "Palmali" tərəfində hazırlanıb və hazırda mərkəzi Rusiyada yerləşən "Pal Shipping Trader Three" şirkətinin mülkiyyətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.