Cəmiyyət

Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək

19 Yanvar 2018 08:21
1 Şərh     Baxış: 1 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın iki şirkətinə Gömrük İttifaqı ölkələrinə müxtəlif məhsulları ixrac etmək icazəsi verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq lisenziyaları "Aqro-İnvest və İstehsalat" və "AZMEAT777" şirkətləri əldə edib.

Qeyd olunur ki, "Aqro-İnvest və İstehsalat" bu ölkələrə balıq və balıq məhsulları, nərə kürüsü, eləcə də yarımfabrikatlar və konservlər tədarük edəcək.

"AZMEAT777" isə Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək. Şirkət indiyədək yalnız Qazaxıstana at əti tədarük edirdi.

Qeyd edək ki, 20-dən çox Azərbaycan şirkəti Gömrük İttifaqı ölkələrinə məhsul tədarükü ilə bağlı lisenziyaya malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.