Cəmiyyət

İş axtaranlar üçün maraqlı elan: Bakıda meyitdən skelet hazırlayan adamlar axtarılır - VİDEO

17 Yanvar 2018 21:30
5 Şərh     Baxış: 4 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyitdən skelet hazırlayan adamlar axtarılır. Milli.Az bildirir ki, Azərbaycan Tibb Universiteti yarandığı gündən əyani vəsait sarıdan problem yaşamasa da, son illər bu problemlər özünü göstərməyə başlayıb. Son vaxtlar universitetdə köhnə vəsaitlərdən istifadə olunur. Skelet, kəllə sümüyü, döl, tənəffüs yolu və digər bu kimi orqanların yaşı yarım əsrdən çoxdur. Son vaxtlar isə heç kim meyitdən skelet çıxarmaq istəmir.

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskinin sözlərinə görə, muzeylərdəki eksponatlar da köhnəlib. İndi uşaqlar fərqli anomaliyalarla doğulsalar da, bunu insanlara nümayiş etdirə bilmirlər. Halbuki xəstəliklə mübarizə aparmaq üçün onun mənbəyinin araşdırılması əsas zərurətlərdəndir.

Hazırda universitetdə skelet hazırlayacaq adamlar işə dəvət olunur. Bu zaman namizədin tibb təhsilinin olması vacib deyil. Texniki işçi kimi onlar əvvəlcə təcrübə keçəcəklər. Sadə orqanların eksponatından sonra onlara skelet hazırlamaq şəraiti yaradılacaq. İşə götürülən gündən isə bu şəxslərə əməkhaqqı təyin olunacaq. Maaşın məbləği isə sonradan müəyyənləşdiriləcək.

Professor Vaqif Şadlinski Azərbaycanda bu sahəni bilən az sayda mütəxəssisin olduğunu və yeni mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu deyir.

Meyitdən skelet xüsusi incəliklə çıxarılmalıdır. Əks halda toxumalardan ayrılan skeletin anatomiyasına ziyan vurula bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İş axtaranlar üçün maraqlı elan: Meyitdən skelet hazırlayan adamlar axtarılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.