Cəmiyyət

7 saat ərzində 3 əməliyyat keçirən Coşqunun SON DURUMU - FOTO

17 Yanvar 2018 16:51
26 Şərh     Baxış: 18 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, əməkdar artist Coşqun Rəhimov dünən eyni vaxtda 3 əməliyyat keçirib. Aktyorun qabırğasından ximirçək götürülərək burun nahiyyəsinə yerləşdirilib, burundakı kista təmizlənib, həmçinin burun çəpərinin əyriliyi aradan qaldırılıb. 7 saat davam edən əməliyyat uğurla başa çatıb.

Milli.Az xəbər verir ki, "Bu şəhərdə"nin ulduzu bu gün səhər saatlarında artıq evə buraxılıb. Bu barədə Əməkdar artisti əməliyyat edən həkim Məzahir Quliyev məlumat verib:

"Coşqun bəyi səhər saatlarında müayinə etdikdən sonra evə yola saldıq. Çox şükür hər şey əladır, dünən əməliyyat olunmasına baxmayaraq rahat nəfəs alır, göründüyü kimi göyərmə, qaralma yoxdur. Allah şəfa versin, hər kəsə sağlıqlı yaşamağı və rahat nəfəs almağı arzu edirik". (publika.az)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.