Cəmiyyət

Hər kəs təhlükə altındadır - "WhatsApp"da mesajlarınız oğurlana, zəngləriniz dinlənə bilər

17 Yanvar 2018 14:10
4 Şərh     Baxış: 14 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kaspersky Lab" şirkəti android cihazlarında "WhatsApp" mesajlaşma plaformasında sizin şəxsi məlumatlarınızı və mesajlarınızı oğurlaya bilən virus aşkar ediblər.

Milli.Az xəbər verir ki, bu virusun adı Skygofree-dir. O böyük mobil operatorların internet saytlarına bənzər saytlardan yayılır. Bu cür saytlarda istifadəçilərə "internet sürətləndiricisi" kimi təqdim olunan əlavələr məsləhət görülür və həmin linkə daxil olanlar artıq bu virusun daşıyıcısı olurlar.

"Skygofree bu platforma üçün yaradılmış ən güclü virusdur" - analitiklər qeyd ediblər.

Ekspertlərin dediyinə görə, bu proqram telefon danışıqlarını yaza, sms və WhatApp yazışmalarınızı oğurlaya bilər. Hətta hakerlər Skygofree vasitəsilə siz hər hansısa bir yerdə olarkən səsyazmanı qoşub hər şeyi qeyd edə bilərlər. Bundan əlavə onlar telefonunuzu sizdən xəbərsiz istənilən Wi-Fi şəbəkəsinə bağlaya bilər.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.