Cəmiyyət

Naxçıvanın müdafiəsində iştirak edən cəsur Əli bəy Əzimbəyov kim olub?

16 Yanvar 2018 15:07
0 Şərh     Baxış: 2 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar "Azərbaycanca Vikipediya"da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.

Milli.Az xəbər edir ki, bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya təlim iştirakçısı tərəfindən erməni daşnaklarının Naxçıvan və ətraf qəzalara hücumlarının qarşısının alınmasında fəal iştirak edən Əli bəy Əzimbəyovun həyatı və döyüş yolu haqqında "Azərbaycanca Vikipediya"da məqalə yaradılaraq oxucuların istifadəsinə verilib. (https://az.wikipedia.org/wiki/%C6%8Fli_b%C9%99y_%C6%8Fzimb%C9%99yov)

Qeyd edək ki, Əli bəy Əzimbəyovun oğlu Aydın Əzimbəyov Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli ilk səfiri olub. Aydın Əzimbəyov iki qardaş ölkə arasında əlaqələrin inkişafında müstəsna rol oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.