Cəmiyyət

Azərbaycan ən güclü xalq-iqtidar birliyi olan top-20 ölkənin arasında - VİDEO

15 Yanvar 2018 21:33
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasındadır. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyası üzrə Azərbaycan "böyük iyirmilik" ölkələrinin 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün "BRICS" ölkələrini, eləcə də postsovet respublikalarını və türk dövlətlərini də qabaqlayır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" kateqoriyasında Azərbaycanın dünyada 20-ci yerdə olması birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu deməyə əsas verir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib.

Millət vəkili Musa Qasımlı bildirib ki, "Siyasətçilərə ictimai etimad" kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir. Azərbaycan vətəndaşı ölkəmizin beynəlxalq arenada ləyaqətlə təmsil olunmasından qürur duyur. Beynəlxalq aləmdə yürüdülən diplomatiya Azərbaycana dostlar qazandırır. Ölkə vətəndaşının normal yaşaması və əlverişli dövlət quruculuğu üçün uyğun beynəlxalq şərait təmin edilir. Sadalanan bu amillər nüfüzlü beynəlxalq qurumların, eləcə də reytint təşkilatlarının sorğularında Azərbaycan reallığını əks etdirir.

Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatında" daha bir kateqoriya - "dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb. Bildirilir ki, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır. Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar da iqtidarın siyasətinə etimad göstərirlər.

Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub saxlanılıb, həm də möhkəmlənib. Bütün bunlar isə dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürləridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan ən güclü xalq-iqtidar birliyi olan top-20 ölkənin arasında

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.