Cəmiyyət

Mələklər möminin ruhunu təqdim edəndə, Allah onlara buyurar...

15 Yanvar 2018 23:45
3 Şərh     Baxış: 2 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sədir Sirəfi nəql edir: "İmam Sadiqin (ə) yanında idim və söhbət mömindən düşdü. Həzrət (ə) üzünü mənə çevirdi və buyurdu: "Ey Əbül-fəzl! Möminin Allah yanında məqamı haqqında sənə deyimmi?"

Ərz etdim: "Buyurun".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) buyurdu: "O zaman ki, Allah möminin ruhunu alar, əməllərinə nəzarət edən iki mələk səmaya qalxar və Allah dərgahında deyərlər: "Allahım, Sənin filan bəndən - yaxşı bəndədir. Sənə itaətdə tələsən, itaətsizliyində isə ləngiyəndir. İndi onu Öz tərəfinə aparmısan, bu halda nə əmr edirsən?".

Allah onlara əmr edər: "Dünyaya qayıdın və bəndəmin qəbrinin kənarında olun. Məni təsbih, həmd və təkbir edin və bu əməlləri bəndəm üçün yazın, o zamana qədər ki, onu qəbrindən məhşur edəcəyəm"".

Allah Təala bizlərə bu məqamı nəsib etsin, inşəallah.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.