Cəmiyyət

Seyidlik necə ötürülür?

15 Yanvar 2018 22:15
3 Şərh     Baxış: 2 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seyidlik necə ötürülür? Atası yox, anası seyid olan şəxs də seyid sayılırmı?

Seyidlik əsil-nəsəb vasitəsilə qazanılan bir şərəfdir. Həzrət Muhəmməd Peyğəmbərin (ə) ulu babası Haşimin nəslindən olanlar seyid sayılırlar. Daha dar mənada isə Peyğəmbərin (s) nəslindən olanlar, yəni Həzrət Fatimə (ə) ilə İmam Əlinin (ə) izdivacından doğulmuş övladların törəmələri seyid adlanır. Seyidlik ata xətti ilə ötürülür.

Milli.Az islam.az-a istinadən bildirir ki, seyid kişinin həm oğlu, həm də qızı seyiddir. Amma yalnız oğul öz övladlarına seyildiyi ötürür. Seyidlər üçün şəriətdə nəzərdə tutulmuş hökmlər də ata xətti ilə seyid olan şəxslərə şamildir. Atası yox, anası seyid olan şəxslər şəriət baxımından seyid sayılmırlar, onlara xümsdən seyid payı verilməz. Anası seyid olan şəxslərə ənənəyə uyğun olaraq "mirzə" deyilirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.