Cəmiyyət

Bir şəxs namaz qılmaq üçün möhür tapa bilmirsə, nə etməlidir?

15 Yanvar 2018 21:15
100 Şərh     Baxış: 4 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir şəxs qeyri-müsəlman ölkəsində yaşayır və namaz qılmaq üçün möhür tapa bilmirsə, nə etməlidir?

Cəfəri məzhəbinə görə namazın səcdələrində alın gərək torpaq, daş, kərpic üzərinə, eləcə də, yerdən çıxan, amma yeyilməyən və geyilməyən maddələrin üzərinə qoyulsun.

Milli.Az islam.az-a istinadən bildirir ki, möhür özü də su ilə qarışdırılıb müəyyən formaya salınmış və qurudulmuş torpaqdan ibarətdir. Fərqi odur ki, möhür adətən şərəfli məkanların (məsələn, Kərbəla, Məşhəd) torpağından hazırlanır və onun üzərinə səcdə etməyin savabı daha çoxdur. Əgər möhür tapmaq mümkün deyilsə, bir ovuc torpağın, daşın, kərpic parçasının da üzərinə alnı qoymaq olar. Əgər bu mümkün olmasa, kösöv (taxta parçası), ağac yarpağı, ot da səcdə üçün istifadə edilə bilər. Bundan əlavə, təmiz kağız parçasının üzərinə də səcdə etmək icazəlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.