Cəmiyyət

Güclü Azərbaycan ordusundan REPORTAJ - VİDEO - FOTO

13 Yanvar 2018 13:06
16 Şərh     Baxış: 2 037

Ermənistandan fərqli olaraq Azərbaycanın qüdrəti artır, ordusu güclənir və maddi texniki bazası yenilənir. Prezident İlham Əliyev 2018-ci ildə ordu quruculuğu istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

ARB TV-nin əməkdaşları da "N saylı" hərbi hissəyə yollanaraq maraqlı süjet hazırlayıblar.

Hərbi hissə düşmənin canlı qüvvəsini və aşağıdan uçan obyektlərini məhv etmək üçün zirehli texnika, düşmən tankını və yüngül örtük arxasında gizlənən canlı qüvvəni məhv etmək üçün silahlarla təmin olunub.

Hərbi hissədə əsgərlərə verilən yeməklər də təmiz şəraitdə hazırlanır. Buradakı yeməklər ev yeməklərindən daha yaxşı dada malikdir.

Mehdi Haciyev - əsgər: "Nümunəvi xidmətimiz üçün hər cür şərait yaradılıb. İstər geyimlə, istərsə də yeməklə bağlı şərait yaradılıb.

Əsgər yataqxanasında da əsgərlərin rahat şəraitdə dincəlməsi üçün isti, səliqəli və işıqlı otaq yaradılıb. Əsgərlərin səhhətində hər hansı problem yaranarsa, bunun qarşısını almaq üçün hərbi tibb məntəqəsində hər cür şərait var.

Nemət İbrahimov - həkim: "Tibb məntəqsinin aptekin bütün lazımi dərman preparatları ilə təmin olunmuşdur. Buradan yazılan tələbnamələr əsasında apteki lazımi vaxtda dərmanlarla təmin edə bilirik".

Əsgərlər üçün nəzərdə tutulmuş çamaşırxana da hər cür şəraitlə təmin olunub. Əsgər və zabitlərin mələfələri, paltarları paltaryuyan maşınlar vasitəsilər yuyularaq qurudulur və müasir ütü vasitəsilər ütülənərək onların özlərinə təqdim olunur.

Müşahidən belə qənaətə gəlmək olar ki, Azərbaycan ordusunun gücü, qüdrəti günü-gündən artır. Ali Baş komandanımızın dediyi kimi, Azərbaycan ordusu nəyinki bölgədə, dünya miqyasında güclü ordular siyahısındadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Güclü Azərbaycan ordusundan REPORTAJ

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Sadiq Hesenzade · 13 Yanvar 13:14130

    Allah gücləndirsin Azərbaycan ordusunu

    Cavab yaz
    • Anonim
      .. ه · 13 Yanvar 13:51130

      Allah zabit ve esgerlerimizi qorusun.

      Cavab yaz
      • Anonim
        Sadiq Hesenzade · 13 Yanvar 14:49140

        Amin

        Cavab yaz
  • Anonim
    Ilkin · 13 Yanvar 14:22100

    Evvel esger görende adamin yazigi gelirdi,indi hörmet edirsen,esl deyisiklik de budur.

    Cavab yaz
    • Anonim
      Umrao · 13 Yanvar 15:5860

      Menim onlara ele ushaq vaxtindan indiyedek yazigim gelib cetinliklerine gore.Hem de o geyim ister istemez adami kovreldir.Esgerlerimize hormet,onlarla fexr hissi de oz yerinde.

      Cavab yaz
      • Anonim
        Ilkin · 13 Yanvar 16:1431

        Herbi de de cetinlik olmasin bes harda olsun,cetinlik herbi de tebii rejime ve xidmetle baglidi,esas odur suni cetinlikler olmasin

        Cavab yaz
  • Anonim
    Aydlndl · 13 Yanvar 14:3438

    Ewq olsun wexsi heyata

    Cavab yaz
    • Anonim
      Elnur · 13 Yanvar 17:1860

      basa dusmedim, kimin sexsi heyatina esq olsun?

      Cavab yaz
      • Anonim
        Aydlndl · 13 Yanvar 18:06013

        Wexsi heyat nedi?shov biznes sehifesi doyul bura ordudan sohbet gedir,mugenniden yox.wuur olmalidi axl yoxdu

        Cavab yaz
    • Anonim
      fm · 13 Yanvar 17:47110

      Şəxsi heyətə yəqinki .

      Cavab yaz
      • Anonim
        Elnur · 13 Yanvar 17:5990

        Indi başa düşdüm.təşəkkür edirəm

        Cavab yaz
  • Anonim
    $.$.$. · 13 Yanvar 15:23100

    Yaşasın Azərbaycan əsgəri!

    Cavab yaz
  • Anonim
    Ilkin · 13 Yanvar 16:1630

    Bizim vaxtimizda bele deyildi 10 il bunnan önce,Zakir Hesenov hetta gecikmiş teyinat oldu,ziyanin yarisinnanda dönmek xeyirdi,Cox Şukur,basqa qalan prablemleride hell etmek lazimdi.

    Cavab yaz
  • Anonim
    fs · 13 Yanvar 17:20110

    Ümüd senedir ancaq Azerbaycan esgeri!Allah bütün esgerleri qorusun!amin

    Cavab yaz
  • Anonim
    fm · 13 Yanvar 17:45110

    Allah Azərbaycanımıza Qarabağ zəfəri qismət eləsin.AMİN !

    Cavab yaz
  • Anonim
    XXXX · 13 Yanvar 18:06110

    Allah vetenimize,bayragimiza,milletimize,ordumuza zaval vermesin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.