Cəmiyyət

Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər - Bakıda - VİDEO

12 Yanvar 2018 22:10
2 Şərh     Baxış: 1 584

Bakının mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.

Milli.Az bildirir ki, ard-arda gələn sərnişin avtobusları onlar üçün ayrılan xüsusi zolaqda hərəkət edə bilmirlər.

Səbəb həmin zolaqda park edilən avtomobillərdir. Söhbət paytaxtın Füzuli küçəsindən gedir. Ötən il sözügedən küçədə ictimai nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün avtobus zolağı çəkilib. Təxminən bir neçə ay olar ki, həmin zolaqda Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları parkomat quraşdırraraq ödənişli dayanacaq yaradıblar.

Xüsusi zolaqda ''cib'' yaradılsa da ödənişli dayanacaqda duran avtomobillər avtobusların hərəkətinə mane olaraq tıxaca səbəb olurlar. Bəzi sürücülər isə avtomobili elə park ediblər ki, ümumiyyətlə avtobus zolağı tam bağlanıb. Yaranmış vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyatı idarə edən sürücülərdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağın ödənişli avtomobil dayanacağına çevrilməsini Bakı şəhərində yol hərəkəti sahəsində böyük səhv olduğunu deyir. Onun sözlərinə görə, avtobus zolağına ödənişli dayanacaq nişanının qoyulması qanuna ziddir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, orda heç bir qanunsuzluq yoxdur. Bölmə rəisinin sözlərinə görə, həmin ərazidə avtomobillər düzgün park edilmədiyi üçün avtobus zolağı bağlanıb: ''Ərazidə avtomobillərin səkiyə paralel dayanması üçün nişan da qoyulub. Amma bir çox sürücü avtomobili dayanacaqda perpendikuliyar saxlayır. Bu da inzibati xətadır, cəriməsi isə 20 manatdır".

Vaqif Əsədov bu gündən etibarən həmin ərazidə yol polisi tərəfindən avtomobili səhv park edən sürücülərə qarşı reydlərin keçiriləcəyini bildirib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər - Bakıda

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    jinn · 12 Yanvar 23:1700

    burda her wey olur bura bakidi

    Cavab yaz
  • Anonim
    Hi · 13 Yanvar 02:2100

    Bura Bakidi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.