Cəmiyyət

Şaxta babaların fəaliyyət müddəti başa çatdı

12 Yanvar 2018 21:42
0 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Yeni illə bağlı Şaxta baba və Qar qız cütlüyünün fəaliyyəti üçün verilmiş icazənin müddəti başa çatır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, Şaxta baba və Qar qız cütlüyünün xidməti üçün icazə ötən il dekabrın 15-dən bu il yanvarın 13-nə qədər verilib: "Artıq bu gün Şaxta baba və Qar qızlara verilən icazə başa çatır. Sabahdan onlar xidmət göstərə bilməyəcəklər".

Xatırladaq ki, bu dəfə Yeni illə bağlı Bakıda 5 cüt Şaxta baba və Qar qız fəaliyyət üçün Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinə müraciət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.