Cəmiyyət

Qəza törədən daşıyıcı şirkətlə müqaviləyə xitam veriləcək - XƏBƏRDARLIQ - VİDEO

12 Yanvar 2018 21:48
1 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

''Hər bir avtobus üçün 2-3 sürücü lazım olsa da, hazırda daşıyıcı şirkətlər cəmi 1 sürücüdən istifadə edirlər. Qəzaların baş verməsinin başlıca səbəbi isə budur''.

Milli.Az bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyi direktorunun müşaviri Mübariz Abbasov daşıyıcı sahibkarlarla görüşdə deyib.

Agentlik 3 mindən çox sürücü ilə bağlı araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Məlum olub ki, 3008 sürücünün 461-nin əvvəllər məhkumluq həyatı yaşayıb.

Sürücülər agentlik ilə mütləq şəkildə razılaşdırıldıqdan və tam araşdırıldıqdan sonra işə götürüləcəklər.

Görüşdə sahibkarlara sərt xəbərdarlıq da edilib. Bildirilib ki, bundan sonra avtobusu qəzada iştirak edən daşıyıcı şirkətlərlə müqaviləyə xitam veriləcək.

Görüşdə nağdsız ödəniş sisteminə keçilmənin zəruriliyi də vurğulanıb.

Qeyd edək ki, bu ilin birinci yarısında daha 700 nəqliyyat vasitəsi nağdsız ödəniş sisteminə keçəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəza törədən daşıyıcı şirkətlə müqaviləyə xitam veriləcək - XƏBƏRDARLIQ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.