Cəmiyyət

İxracatçılara 60 min manat veriləcək - VİDEO

12 Yanvar 2018 21:36
0 Şərh     Baxış: 819

İxracatçılara beynəlxalq sertifikat alması üçün 60 min manata qədər dəstək veriləcək.

Milli.Az bildirir ki, bəzi ölkələrlə sertifikatların qarşılıqlı tanınması haqqında müqavilə imzalansa da, Avropa İttifaqı, Çin və digər iri dövlətlərlə bu müqavilə olmadığından Azərbaycan sertifikatları orada tanınmır.

Beynəlxalq sertifikatın alınmasına dəstək işini İqtisadiyyat Nazirliyinin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər. Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı sahibkarlardan sifarişlərin qəbuluna dair elan veriləcək.

Bununla yanaşı, bu il ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyaları da təşkil ediləcək.

Ötən il "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə dair 10 ixrac missiyası təşkil edilib. Bu il isə bu missiyaların sayı 25 olacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İxracatçılara 60 min manat veriləcək

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.