Cəmiyyət

Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi

12 Yanvar 2018 16:49
2 Şərh     Baxış: 5 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə "BakuBus" MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi "Məktəb" küçəsindən deyil, E.Qasımov küçəsindən "Səməd Vurğun" bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

Belə ki, "Məktəb" küçəsi istiqamətində avtomobil yolu "BakuBus" MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir.

"Məktəb" küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.