Cəmiyyət

“Təhrim” surəsinin fəzilətləri

13 Yanvar 2018 23:45
0 Şərh     Baxış: 1 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs səma kitabı olan Qurani-Kərimin həm dünya və axirət fəzilətləri vardır ki, onlarla tanış olaq.

Dünya fəzilətləri.

1. Duanın qəbul olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "Peyğəmbərdən (s) soruşurlar ki, ən yaxşı insan kimdir? Həzrət (s) buyurur: "O kəsdir ki, Quran qiraətini başlayar və onu xətm edər. Onun üçün Allah yanında qəbul olmuş duası olar"".

2. Hacəti yerinə yetər. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əmirəl-möminin (ə) buyurur: "Nə zaman sizlərdən birinizin hacəti olsa, cümə axşamı günü səhər tezdən evdən çıxsın və evdən çıxan zaman "Ali-İmran" surəsinin axırıncı ayəsini, "Ayətül-kürüsü"nü, "Qədr" və "Həmd" surəsini oxusun. Onların qiraət olunmasında dünya və axirət hacətlərinin yerinə yetməsi vardır".

3. Ruzinin artması. Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran tilavəti ilə aydınlandırın və onları qəbiristan etməyin. Çünki nə zaman evlərdə çoxlu Quran oxunar, xeyir və bərəkəti çox olar".

4. Xəstəliklərin müalicəsi. Peyğəmbər (s) buyurur: "Hər kim Quran vasitəsilə şəfa istəməzsə, Allah ona şəfa verməz".

5. Cismi xəstəlikləri müalicə edər. İmam Sadiq (ə) buyurur: "Hər kim "Həmd" surəsini dərdlərdən olan dərdə 7 dəfə oxuyarsa, o dərd AliMəqamlı Allahın izni ilə sakit olar".

6. Ruhi xəstəlikləri müalicə edər. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

Axirət fəzilətləri.

1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yatağa getməzdən əvvəl "Tövhid" surəsini 100 dəfə oxuyarsa, Allah onun 50-illik günahını bağışlayar".

2. Həsənələri cəlb edər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim övladına Quran oxumağı öyrədər, sanki on min həcc və on min ümrəni yerinə yetirmiş olar. İsmayil (ə) övladlarından on min qulu azad etmiş olar. On min qəzəvəni yerinə yetirmiş olar. On min ac müsəlmanı yedizdirmiş olar. Sanki on min paltarsız müsəlmanı geyindirmiş olar. Onun üçün hər hərfə görə on həsənə yazılar və on günahı məhv olar".

3. Behiştə daxil olar. Quran, onu oxuyan üçün Allahdan məqam istəyər və Allah Quran qarisini behiştə daxil edər, ona behişt libasları geyindirər və başına tac qoyar. Sağ əlinə cəhənnəmdən bəraət məktubunu və sol əlinə behiştdə cavidan qalacağı məktubunu verər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.