Cəmiyyət

Azərbaycanda qardaş ərdə olan bacısına təcavüz etdi - FOTO

10 Yanvar 2018 12:26
22 Şərh     Baxış: 23 378

Milli.Az bildirir ki, big.az saytı həyata keçirdiyi "Susma" layihəsi çərçivəsində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınan öz qardaşı tərəfindən zorlanmaya məruz qalan Nigar Məmmədova (Ad şərtidir) ilə söhbət edib. Layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir.

- Siz necə oldu ki, bu sığınma evinə yerləşdirildiniz?

- 16 yaşımda özümdən 20 yaş böyük kişi ilə valideynlərim tərəfindən zorla evləndirilmişəm. Həmin şəxslə 10 il yaşadım. Övladım olmadığından həyat yoldaşımın ailəsi tərəfindən boşadılmışam. Mən uşağım olmadığından övladlığa uşaq götürmək istəmişəm. Anam razı olmadı. Yenə ikinci dəfə övladım olsun deyə zorla evləndirildim. Uşaq doğulduqdan sonra ona 11-ci ayında Uşaq Nevroloji Xəstəxanasında yataq xəstəsi diaqnozu qoyuldu. Ona görə ərimin ailəsi uşaqdan imtina elədi. 4 ildir ki, ikinci həyat yoldaşımla ayrıyıq. Amma ailə qurduğum şəxslərin heç birində zorakılığa, döyülmələrə, işgəncələrə məruz qalmamışam. Az da olsa təsəllimi ailə qurduğum şəxslərdə almışam. Mənə zülm verən mənim öz ailəm və valideynlərim olub. Çünki mənim atam içki düşkünü olub. Anam da dəfələrlə körpə qardaşımla məni atamın üstünə atıb gedib. Atam içən zaman təcavüz etmək üçün məni axtarırdı. Dəfələrlə olub ki, qamışlıqda gizlənmişəm ki, ələ keçməyim. 

- Atandan gizlənməyinin səbəbi nə idi?

- Çünki zorlanmaqdan qorxurdum. Amma çox çəkmədi qorxduğum başıma gəldi. Böyük qardaşım mənə dəfələrlə təcavüz edib. Bütün yaşadığım əzablara baxmayaraq yenə də özümü güclü hesab edirəm. Geriyə baxmaq istəmirəm. O qədər valideynlərimə, qardaşlarıma nifrət edirəm ki, imkanım olsa onlardan imtina edərəm. Dövlətdən də xahişim odur ki, onlarla mənim əlaqəmi kəssin. Məndən sonra ikinci qardaşım böyüdü. Əsgərlik yaşına çatanda qardaşımı da zorlayıb. Hal-hazırda epilepsiya xəstəsi olub. Mən o evdən sözümü deyib çıxmışdım. Yəni o ailə ilə yaşaya bilmirdim. Özüm işləyib oğlumu əməliyyat elətdirmişəm. 

-Təhsiliniz varmı? Evinizi tərk etdikdən sonra necə ayaqda dura bildiniz?

- Hər bir yalnız qadın kimi, ayağım üstə durmuşam. Əvvəl çayçı, sonra da özəl firmada işləmişəm. Nə mənim yoldaşlarıma, nə də valideynlərimə xəyanətim olmayıb. Qurduğum ailələrimin dağılma səbəbi də uşaq problemi olub. Bütün əzablarım öz ailəm tərəfindən olub. Sonra anamgil gəldilər ki, qayıdırsan evə. Məni zorlayan qardaşımla anam məni zorla geri evə aparmaq istədilər. Mən də bildirdim ki, mən o evə qayıtmram. Anamla qalaram, amma ata evinə getmərəm. Qardaşım dedi ki, hamı mənə dedi ki, bacın niyə tək yaşayır? Mən də dedim ki, sən onlara deyə bilmədin ki, bacım mənim əlimdən qaçıb. Mən namusumu zorlamışam. Bu sözləri deyəndə qardaşım məni vurdu. Hətta dişimin birini də sındırdı. 

- Belə çıxır ki, ananız qardaşınızın sizə qarşı etdiklərinə göz yumub?

- Anam da qardaşımı dəstəkləyirdi. O, hər zaman deyirdi ki, evin içində neyləyirsiz eləyin amma heç kimə deməyin. Ailəm məni başıma gələnləri açdığıma görə ölümlə hədələyir. Atam belə bu işin üstünə ciddi düşüb. Hətta atama anam tapşırıb ki, tap o qızı, öldür. Adını da qoyarıq ki, əxlaqsızlıq edirdi, biz də öldürdük. Anam məni, hətta işimdən də çıxartdırdı. O, məni, həyatımı məhv etməklə hədələyir. Mən də deyirəm ki, onsuz da həyatımı 16 yaşımdan məhv etmisən. 

- Ailənizin sənin başına gətirdikləri işgəncələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmisənmi?

- Bütün hüquq mühafizə orqanlarına müraciət etmişəm. Onlar yaşadıqlarımı həqiqət hesab etmirlər. Anamla qardaşım məni öldürmək istəyəndə ayaqyalın uşaqla Qaradağ rayonun Sahil qəsəbəsinin 38 saylı polis bölməsinə qaçmışam. İzahatımı götürən Zahid rəis sərxoş idi. Hətta mən o sərxoş polis rəisindən də qorxdum. Buna görə heç nəyi açıb deyə bilmədim. Sadəcə, dedim ki, məni öldürmək istəyirlər. O da qayıdıb mənə "Aç, görüm haranı bıçaqlayıblar?" dedi. Bundan əlavə məni təhqir etdi ki, tək yaşamaq istəyirsən. Qardaşınla ananın da haqqıdır səni öldürmək. Mən də dedim ki, mənə normal izahat götürəcək insan çağırın.

- Ananı bağışlayarsanmı?

- Anam mənə nə qədər pislik etsə də, onu çox istəyirəm. Amma o evə getmərəm. O evdə nə atam, nə də qardaşlarım normal olmayıb. Anam da çox qəddar olub. Övladıma da yemək almaq istəmirdi. Deyirdi ki, mənə möhtac olduğunu söylə. 

- Oğlunuzun xəstəliyi ilə bağlı həkimlər hansı diaqnozu qoyub?

- Oğluma selebral iflic diaqnozu qoyulmuşdu. Həkim əməliyyat edən zaman ortaya çıxdı ki, səhv diaqnoz qoyulub. Əslində bunun xəstəliyi sinir damar tromblaşmasıdır. 7 yaşına qədər müalicə olmalıdır. Müalicəsi uzun sürən müalicədir. 

- Sizə kömək edə biləcək qohumlarınız yoxdur?

- Qohumlarım var. Anama görə qohumlarımla da münasibətlərimiz yaxşı deyil. Mən bir aydır ki buradayam. Zəhmətimlə balamı saxlamışam. Mənim xoşbəxtliyim mənim övladımdır. Ancaq övladımın sağlamlığını istəyirəm. Dəfələrlə mənə deyilib ki, övladımı atım. Mən dövlətimizdən övladım üçün yardım istəyirəm. Arzumdur ki, o da normal uşaqlar kimi məktəbə, baxçaya getsin. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Sima · 10 Yanvar 12:34151

    Allah komek olsun. Balanda nece gozel baladir Masallah/

    Cavab yaz
  • Anonim
    BAHAR · 10 Yanvar 12:38170

    Dəhşət görün evlərdə necə qorxunc ailələr yaşayır.Ailə demək olarsa? Birində insanlıq yoxdu. Ona görə də insar birindən qorxur qaçır.Ünsiyyət qurmaq istəmir.Qonşu deyib beləsinə etibar etmək olar?

    Cavab yaz
    • Anonim
      0101 · 11 Yanvar 10:1010

      Mende anamdan cox cekmisem.ailem daqildi,problemlerim oldu.ata evinde yasamaqa qoymadi...sukur Allaha...Allah mene corek yetirdi.atlatdim butun problemleri

      Cavab yaz
  • Anonim
    konul · 10 Yanvar 12:43180

    bu "qardash" a heykel qoysunlar yasadiqi yerde hamida getirib gul qoyar ((( alcag ve zati qirig nesil

    Cavab yaz
  • Anonim
    Nika · 10 Yanvar 13:01121

    Allah anaya da o gozel gul balaya da komek olsun.Allah butun balalari qorusun.

    Cavab yaz
  • Anonim
    Məmmədhəsən əmi · 10 Yanvar 13:01261

    Azərbaycanda belə iyrənc ailələrin sayı çoxdur. Birinci səbəbi bizdə kişilik anlayışının artıq tərsinə qoyulmasıdır. İkinci səbəb isə hüquq-mühafizə orqanlarının işində olan ciddi nöqsanlardır. Şəxsən mən hələlik elə bir adama rast gəlməmişəm ki, problemi olanda polisə müraciət edəndə probleminin həllinə kömək edildiyini deyə bilsin.

    Cavab yaz
    • Anonim
      ..... · 10 Yanvar 21:5050

      Düzdür, mənim tanıdığım bir yaşlı kişi var. Yoldaşı rəhmətə gedib. Oğlu hörmət qoymur, söyür, vurmağa cəhd edir, araya girib saxlaylrlar. Bəzən 1-2 şillə-təpik vura da bilir. Sözsüz ki, belə izlər qalmır. Kişi gedib polisə deyib ki :" oğlum məni döyür, söyür". Polisdən bildiriblər ki:"ağsaqqal, gərək bərk döyə ki, bədənində yara, göyərti izləri ola, biz də ölçü götürə bilək, yoxsa heç nə edə bilmərik". " Dəhşət" sözü çoox acizdir bu yerdə

      Cavab yaz
  • Anonim
    Hesret · 10 Yanvar 13:17100

    Qardasin ,atasin,Anasin oldurmek lazimdir.Xahis edirem bu qadina komek edin

    Cavab yaz
  • Anonim
    nn · 10 Yanvar 13:2281

    Dəhşət. Allah köməyi olsun özünə də balasına da. Türklərə rişğənd edirik, özümüzdə də var belə alçaqlar. Belə valideyini və qardaşı edam etmək lazımdır. Çox təssüf ki bizdə ölüm cəzası ləğv edilib.

    Cavab yaz
  • Anonim
    Wura · 10 Yanvar 13:24141

    Nece iyrenc aileler var e. hec aile de yox, bir qrup pozqunlar yiqini bir arada.

    Cavab yaz
  • Anonim
    VIOLETT · 10 Yanvar 13:27100

    Başqasinin namusuna təcavüz edənin adu şərəfsizdir. Öz namusuna göz dikənin adi nədir,görəsən???

    Cavab yaz
    • Anonim
      kate · 10 Yanvar 14:0860

      Mütləq ki bir adı var

      Cavab yaz
  • Anonim
    aa · 10 Yanvar 13:2773

    Neyse insnmagim gelmedi.belkede hele şokdayam

    Cavab yaz
    • Anonim
      Umrao · 10 Yanvar 18:3450

      Men de shokdayam((Xeste ushagla bu qadin neler yashayib((Ozumu cox pis hiss etdim bu xebere((

      Cavab yaz
  • Anonim
    Alimardan · 10 Yanvar 13:5777

    bu priyuta geden xanimlarin butun hekayeleri 100 e 100 gondarmadir.

    Cavab yaz
    • Anonim
      Alimardana · 10 Yanvar 14:5961

      Bu cirkabdan cixmaq ucun yardim isteyen qadinlara da bu adi qoyursunuz?qondarmadir?Men o qadina inaniram.Ondan da cox ezab ve iyrenc heyat yasayan qadinlarimiz var ,olub,olacaqda.

      Cavab yaz
  • Anonim
    Wura · 10 Yanvar 14:2480

    mewne dislike eden yeqin bu pozqun ailenin bir uzvudu))))))

    Cavab yaz
  • Anonim
    Men · 10 Yanvar 20:0133

    inanmadim.belkede inanmaq istemirem deye.nece olurki butun qardaslar.atada o curdu ancaq ana qizinin yaninda olmaqdansa ona qarşidi.birde ondan inanmadimki guya reisde içkili olub ondanda qorxub

    Cavab yaz
    • Anonim
      Men-e · 10 Yanvar 21:5231

      Niyə? Rəislər içmir?

      Cavab yaz
      • Anonim
        Men · 11 Yanvar 00:0900

        icir elbette.ancaq is basinda yox.hemde noldu ele buna rast gelenler hamsi ickili oldu.atasi,reis/mence qadinin psixoloji problemi var

        Cavab yaz
  • Anonim
    rr · 11 Yanvar 00:1200

    bu ailenin temeli düzgun qurulmuyub,allsh bu qizi özü kömek olsun

    Cavab yaz
  • Anonim
    Xana · 12 Yanvar 11:3010

    Allahım Necə ailələr,Necə həyatlar var. Oturub durub öz günümüzə şükür etməliyik

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.