Cəmiyyət

Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirilib - FOTO

20 Fevral 2018 22:51
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Sarayında 2005-2017-ci illər Muğam Televiziya musabiqəsinin qaliblərinin konserti keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsertdə Muğam televiziya musabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak ediblər.

Konsertdə xanəndələri əməkdar artislər Elçin Həşimov, Elnur Əhmədov və əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə "Muğam" instrumental ansamblı müşaiyət edib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.