Cəmiyyət

Erməninin öldürdüyü beş azərbaycanlı gənc dəfn olundu - FOTO

1 Yanvar 2018 23:27
19 Şərh     Baxış: 21 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın paytaxtı Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, dəfn mərasimində Sadaxlı, eləcə də ətraf kəndlərin sakinləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev və digər şəxslər iştirak ediblər.

F. Hacıyev Azərbaycan hökuməti adından həlak olanların ailələrinə başsağlığı verib, səbr diləyib.

Xatırladaq ki, dekabrın 31-də Yeni ili qeyd etmək üçün Tiflisə gedən Sadaxlı kənd sakinlərinin olduğu "Lada" markalı avtomobil Rusiyadan Ermənistana gedən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Lada"dakı sürücü və sərnişinlərin hamısı dünyasını dəyişib. "Mercedes"də olanlar isə ciddi xəsarət almayıblar. Dünyasını dəyişən 21 yaşlı azərbaycanlılar vaxtı ilə eyni sinifdə oxuyublar.

Qeyd olunur ki, son illər həm Sadaxlıdan, həm də qonşu kəndlərdən Ermənistana uzanan magistral yolda Ermənistan vətəndaşlarının sürət həddini aşması nəticəsində tez-tez yol-qəza hadisəsi baş verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.