Cəmiyyət

Bərdədə mənzildən küllü miqdarda pul oğurlanıb - FOTO

30 Dekabr 2017 20:59
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, oğurluq hadisəsi rayonun Gərənə kəndində məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib.
Bеşmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayan Ağdam rayon sakini Vahid Məmmədova məxsus mənzildən naməlum şəxs və yaxud da, şəxslər 5 min manat pul oğurlayıblar. Ev sahibinin verdiyi məlumata görə, hadisə vaxtı ailə üzvləri mənzildə olmayıblar.
Faktla bağlı rayon Polis şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.