Cəmiyyət

Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

29 Dekabr 2017 23:24
1 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunur.

Milli.Az bildirir ki, APA-nın Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini "SOCAR" şirkətindən, 813 mln. kub metrini isə "Şahdəniz" yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.