Yeni xəbər kanalı açılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ)-nın elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalı tenderinin qalibi olan "Arb Media Qrup"-un Strateji inkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov kanalın gələcək perspektivləri haqda açıqlama verib.
"Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna elan etdiyi tenderin qalibi olmağımızı sevinc və qürur hiss ilə qarşılayırıq. Eyni zamanda ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalını qurmağın nə qədər məsuliyyətli bir iş olduğunun fərqindəyik. Bildiyiniz kimi tenderin qalibi olan ARB 24 kanalı "Arb Media Qrup"-un tərkibinə daxil olan bir televiziya resursudur. Telekanal 5 ildir ki, xəbər sahəsində ixtisaslaşaraq peyk vasitəsi ilə yayımını həyata keçirir və kanalın əsas bazası Tovuz rayonundadır. Kanal hazırda gün ərzində 48 xəbər buraxılışı təqdim edir və kifayət qədər böyük izləyici auditoriyasına sahibdir. Yeni ümumrespublika xəbər kanalını əsasən hazırda fəaliyyətdə olan ARB 24 telekanalının texniki və insan resursu bazası üzərində, Bakı şəhərində qurmaq niyyətindəyik. Kanalın inzibati binası, yayım mərkəzi paytaxtda olacaq və televiziya "ARB 24" adı ilə fəaliyyət göstərəcək. Bu iş kifayət qədər böyük bir layihədir, maddi-texniki bazanın ən yüksək səviyyədə qurulmasına, əlavə olaraq ixtasaslı kadrların toplanmasına zaman tələb olunur. Televiziyanın işinin daha təkmil formada qurulması üçün, yayımöncəsi hazırlıq prosesinə xarici mütəxəssislər də cəlb olunacaq. Bütün bunları nəzərə alaraq qərara gəlmişik ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin payız aylarında fəaliyyətə başlasın. Telekanal əsasən xəbər ağırlıqlı yayımı ilə fərqlənəcək, əsas preoritet isə araşdırma, təhlil yönümlü yayım konsepsiyası, iqtisadiyyat və biznes mühitinin daha çox işıqlandırılması olacaq. Bu məsuliyyətli işin öhdəsindən uğurla gələcəyimizə kollektiv olaraq tam inanırıq və tenderin nəticəsi olaraq bizə göstərilən bu yüksək etimada görə Milli Televiziya və Radio Şurası (MTRŞ)-na təşəkkür edirik."
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Cinayət işləri üzrə Avropa Konvensiyasına Əlavə Protokol ratifikasiya edilib
-
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
-
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Oktyabrın 27-də hava necə olacaq? - Proqnoz verildi
-
Rövşən Nəcəf Everestə qalxıb - (Foto)
-
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
XƏBƏR LENTİ
-
Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb
-
Cinayət işləri üzrə Avropa Konvensiyasına Əlavə Protokol ratifikasiya edilib
-
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında imzalanan iki sazişi təsdiq edib
-
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb
-
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
-
Qarabağ qazisi vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib - (Foto)
-
Mayk Tayson Türkiyə serialında rol alacaq
-
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Oktyabrın 27-də hava necə olacaq? - Proqnoz verildi
-
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Messi, Mbappe, Yamal... - “Qızıl top”u kim qazanacaq?
-
İran Hörmüz boğazına nəzarəti itirib?
-
Türkiyədə sahibsiz heyvanlarla bağlı qərar icra edildi - 81 vilayətdə...
-
Ölüm xəbəri yayılan "Banu Günel" illər sonra - (Foto)
-
Bayramovla Berendsenin təkbtək görüşü başladı
-
Azad edilmiş ərazilərdə 997 hektar sahə minalardan təmizləndi
-
Rövşən Nəcəf Everestə qalxıb - (Foto)
-
Samirə Efendi: "Sağlamlıq problemlərim var, heç kəsin lağ edib, artıq danışmağa ixtiyarı yoxdur, ağıllı olun!" (Foto)
-
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
-
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib
-
“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarladı
-
Boksçumuz Avropa çempionu oldu
-
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib





