Cəmiyyət

Günün qoroskopu: yaşam enerjisi və qüvvəniz, sadəcə, kasad ola bilər

13 Yanvar 2018 00:01
28 Şərh     Baxış: 8 853

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmlədirə bilrsiniz.

Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır.

Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
 

Buğa - aktiv olun, başladığınız işlərdə süstlük nümayiş etdirməyin. Əvvəllər potensial və ya bilik çatışmazlığına görə çəkindiyiniz problemi həll edə bilərsiniz. Yaşam enerjinizin səviyyəsi saatlar sonra aşağı düşəcək.

Planların reallaşması çətinləşəcək.

Günün ikinci yarısında riskli addımlar atmayın.

Axşam saatlarında yaxınlarınız və dostlarla ünsiyyətdə olun. Münasibətlərə bir qədər romantika qatın. Dəyər verdiyiniz insanın qədrini bilin.
 

Əkizlər - yeni ideyaları reallaşdırmağa tələsməyin. Layihələrin gerçəkləşdirilməsində tələsikliyə yol vermək olmaz. Yaxşı düşünüb-daşının, həmfikir və müttəfiqlərin yardımlarından bəhrələnin.

Günün ikinci yarısında adi günlərdən fərqli olaraq mövqelərinizi müdafiə etmək daha çətindir. Opponentlərlə ünsiyyət və mübahisələr sizi yoracaq. Yaxınlarınız, dostlarınız və ya işgüzar tərəfdaşlarınız qəribə davranacaqlar. Onların hərəkətlərində müəyyən müəmmaların olduğunu düşünəcəksiniz.
 

Xərçəng - vurnuxma, tələskənlik və qaçaqaçın olacağı gündür. Peşəkar fəaliyyət sahəsində düşünülməmiş addımlar atmayın. İşgüzar tərəfdaşlarla təmaslarda münaqişələr yaratmayın. Həmkarlarla sərvaxt davranın.

Mübahisədə haqlı olduğunuzu göstərmək üçün bütün vasitələrdən istifadə etməyə çalışmayın. Kollektivdə sayıqlığı əldən verməyin.

Axşam saatlarına yaxın şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Xoş emosiyalar istisna deyil. Kiçik problemlərin həllində təmkinli olun.

Şir - sərtiliyi bir kənara atın. Problemləri qeyri-trivial yollarla həll etməyə çalışsanız səyləriniz uğurla başa çataxaq. Sürətlə çalışın, tez qərarlar qəbul edin. İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur.

Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı təqdirdə nüansları mürəkkəbləşdirməyin.

Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın. Səs-küylü əyləncələrə qatılmayın.

Ailəvi istirahətə üstünlük verin.

Qız - xüsusilə mühüm saydığınız məqsədə günün ilk yarısında çata bilərsiniz. Prioritetləri, hədəfləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli, önəmsiz problemlərin həllini ertələyin. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz.

Bunu bilin və öz maraqlarınızı təmin edin.

Günün ikinci yarısında etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın. Onlarla razılaşmaq, əslində, geri çəkilməkdir.

Yaxınlarınızdan biri sizə yardım edəcək. Sevdiyiniz insanı anlamağa çalışın.

Axşam saatlarında əyləncədən qalmayın.

Tərəzi - romantik münasibətlər baxımından əlverişli zaman olsa da, bütün diqqəti işə yönəldin. Məqsədə doğru aparan yolda fikriniz dağılmasın. Huşyar və sərvaxt olun. İntuisiyanız sizi aldatmayacaq. Kiminlə əməkdaşlıq etməyin gərəkdiyini, kimdən də uzaq durmağa zərurət duyulduğunu hiss edin.

Günün ikinci yarısında situasiya ağırlaşacaq. Əsas məsələnin çözümünü unudaraq ikinci dərəcəli problemləri qabartmayın. Adi günlərdən fərqli olaraq sizi daha çox tənqid edirlər. Deyilənlər sizi bədbinləşdirməsin. Yumor hissini yada salın.

Belədə yaşamınız daha gözəl və rahat olacaq.

Əqrəb - səliqəsizlik, diqqətsizlik nəticəsində yaranan səhvlər maliyyə problemləri gətirəcək. Uzaqgörən olsanız da, hər şeyi əvvəlcədən hesablamaq çətindir. Situasiyaya nəzarət etsəniz və başqalarının sizi aldatmasına imkan verməsəniz, problemlərin sayı az olacaq.

Günün ikinci yarısında ailənizdə nüfuzunuzu və qətiyyətinizi nümayiş etdirin. Amma ehtiyatlı, eyni zamanda alicənab olun ki, yaxınlarınız sizdən inciməsinlər. Səhhətinizlə rasionunuza fikir versəniz, səhhətinizdə heç bir problem yaranmayacaq.

Oxatan - vurnuxma, tələskənlik, əsəblərin tarıma çəkilməsini vəd edən gündür. Uğursuz situasiya problemlərin sayını artıracaq. Buna rəğmən, əhvalınızı pozmayın. Nikbin olun. Yaradıcılıq enerjisi və aktivlik bir sıra çətinlikləri həll etməyə, maneələri keçməyə imkan verəcək.

Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Qəfil sözlər kiminsə xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam saatlarını istirahətə həsr edin.

Oğlaq - reallaşdırılması çətin, məsuliyyətli işə başlayanda yüz ölçün, bir biçin. Yaşam enerjisi və qüvvəniz, sadəcə, kasad ola bilər. Mübahisələrə qatılmayın. Münaqişələrdə tərəf olmayın. Rəqib və bədxahlardan ehtiyatlanın. Onlar sizə zərər vurmağa çalışacaqlar.

Günün ikinci yarısında yaxınlarınızdan birinin problemləri sizi maraqlarınızı unutmağa vadar edəcək. Ailə üzvlərinizin üzləşdikləri çətinliyi araşdırın, ən qısa müddətdə həll edin. Dostlardan birinin sirrini öyrənəcəksiniz.

Axşam saatlarında gəzintiyə çıxın.

Dolça - adi, gündəlik qayğıların çözümü və rutin işlərin görülməsi üçün əlverişli zamandır. Uğurunuz fatumdan yox, bilik və bacarıqlarınızdan asılıdır. Riskli anlaşmalar, sövdələşmələr məsləhət deyil. İşgüzar tərəfdaşlardan və ya inandığınız insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək. Təəssüflənməyin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə sərinlik yaratmayın. Səhhətinizə fikir verin. Yarımçıq qalmış işi başa vurun.

Ehtiyatı əldən verməyin.

Balıqlar - mənasız işlərlə məşğul olaraq önəmli nüansı diqqətdən qaçırmayın. Qərarlarınız düşünülmüş, planlarınız real olmalıdır. Səhv və yanlışlıq riskini minimuma endirin. Yad təsir altına düşməyin.

Günün ikinci yarısında sirlərinizi yaxşı bələd olmadığınız insanla bölüşməyin. Sevdiyiniz şəxslə kobud danışmayın.

Maliyyə məsələlərində sayıq olun ki, bədxərcliyə yol verməyəsiniz.

Axşam saatlarında uzaq yola çıxmayın.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 13 Yanvar 00:0195

    Istirahet gunleriniz uqurla acilsin.Stariy novi qoddu Kohne yeni iliniz mubarek olsun .

    Cavab yaz
    • Anonim
      Esraya · 13 Yanvar 00:2141

      Təbrik edirəm və səndən iki xaiş edirəm 1-ci Rəssamın şah əsərin mənim üçün bura yazarsan 2-ci nə qədər hirslidə əsəbi də olsan qarqış eləmə Səni çox istəyirəm ona görə günah etməyini heç istəmirəm Ümüd edirəm... 3 nöqtə qoydum ...

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 13 Yanvar 09:2431

        00 21 Cox saq ol.1-ci xahishini bash uste yerine yetirerem bu geceki qarasqopa,ya sabahkine yazaram arxayin ol..Amma 2-ci xahisi soz vere bilmerem heqiqeten eseb olan kimi qarqayiram.Tergite bilmirem Hetta menim mamam menim aqzimin ustunden bir sillede vurmushdu tir tap serildim yere yene tergitmedim.Qashiqi dedi qizdirib aqzina vuracam yanacaqsan xeyri olmadi.Ona gore 2-ciye gore uzr isteyirem ede bilmeyecem.

        Cavab yaz
    • Anonim
      Esraya. · 13 Yanvar 00:2924

      səni həmişə bu saytda yorqan döşək sərib yatan gördum yuxun şirin olsun.

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 13 Yanvar 09:1942

        Senide qarolcu gordum sende qarol cek yaxsi isleyirsen.Ishunde ol.

        Cavab yaz
        • Anonim
          esraya · 13 Yanvar 10:2423

          ay qız nə qarovulcu? camaatı bezdirdiyivi sənə işarə edirəm yenə öz bildiyivi danışırsan .özun yazdıqın kimi anan səni adam edə bilməyibsə halal olsun sənə.uşaq vaxtı o qədər döyulubsən ki söz batmır sənə

          Cavab yaz
          • Anonim
            Esra ibrahimli (Samaxi) · 13 Yanvar 11:3930

            10 24 sen ne isteyirsen menden de derdini bilim deee offffff Mamam meni adam eledi sen nerahat olma seni gorurem adam ede bilmeyibler ki camaatin xetrine deyirsen.Bildinnnn..

            Cavab yaz
            • Anonim
              esraya · 13 Yanvar 12:4702

              niyə əsəbləşirsən ay xanım? sözdən nəticə cıxartmaq lazımdır daha söz guləşdirmək yox.

  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:4800

    ☼☼--YENİ GÜNÜNÜZ UĞURLU OLSUN--☼☼

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:4800

    BÜRCLƏR HAQQINDA--✭~✭~✭~401~✭~✭~✭-ci BÖLÜM---Bürclər hələdə..

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:4900

    ♈-QOÇ-Yalnız

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Yanvar 09:5901

      Belkede bax ehatem doludu insanlarla amma ozumu yalniz hiss edirem.Bilmirem niye.(((

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:4910

    ♉-BUĞA-Acı çəkən

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Yanvar 09:5701

      Yalansa, aci cekmir eee kef cekir.)))

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:4910

    ♊-ƏKİZLƏR- Bezdirici

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:4901

    ♋-XƏRÇƏNG-Natəmiz

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Yanvar 09:5801

      Bu ne yaaa qetiiii her sheye diqqet eden bir insandi.(Xercengin biricik balasi Esra)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5010

    ♌-ŞİR-Kobud

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5010

    ♍-QIZ- Yorğun

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5010

    ♎-TƏRƏZİ-Qırıq

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5010

    ♏-ƏQRƏB-Üzgün

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5110

    ♐-OXATAN-Saf

    Cavab yaz
    • Anonim
      ^^^^^ Mehriban · 13 Yanvar 10:2710

      Duzdu.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5101

    ♑-OĞLAQ-Soyuqqanlı

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Yanvar 09:5901

      Bu duzdu (Oqlakin biricik Esrasi)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5100

    ♒-DOLÇA-Güclü

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Yanvar 09:5200

    ♓-BALIQ-Şirin

    Cavab yaz
  • Anonim
    Nara · 13 Yanvar 11:2400

    Teki neticeler hemise sevindirsin o zamaz cetinlikler tez yaddan cixar..Munaqiselere geldikde ise doyus qoclarin alnina yazilib amma bu doyus ele heyatin ozuyledi .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.