Cəmiyyət

Bakıda bu yol problem yaradır - VİDEO

16 Dekabr 2017 21:18
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yolda qırıq xətt olmadığından sürücülər təxminən 3 kilometr yolu qət edib sola dönmək məcburiyyətində qalırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Binəqədi rayonu, Gilavar küçəsində yaşayan sakinlər belə problemlə qarşılaşbılar. Onların sözlərinə görə, həyətlərindən əsas yola çıxıb, Novxanı şosesi istiqamətinə getmək üçin yolda heç bir dönmə yeri yoxdur. Yola qoşa xətt çəkildiyindən vətəndaşlar Binəqdi rayonunun mərkəzi küçəsinə gedib, oradan dönmə əməliyyatı edirlər. Bu isə, xüsusən axşam vaxtlarında həmin ərazidə tıxacın yaranmasına gətirib çıxarır. Orada yaşayan sakinlərin istəyi isə bu yolda qırıq xəttin çəkilməsidir.
Ərazidə çəkiliş apardığımız zaman həqiqətən də yaşayış evləri boyunca sola və geriyə dönmək üçün yolda qırıq xəttin olmadığının şahidi olduq.
Sakinləri narahat edən digər bir məsələ isə bu yolda piyada zolağının silinməsi və sürücülərin piyadalara yol verməməsi səbəbindən tez-tez qəzaların baş verməsidir.
Problemlə bağlı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, sabahdan əməkdaşlar əraziyə baxış keçirəcək və problemin aradan qaldırlıması üçün konkret işlər görüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bu yol sürücülər və piyadalar üçün problem yaradır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.