Cəmiyyət

Yükdaşıma qaydalarına nəzarət gücləndirilir - Cərimələr olacaq - VİDEO

16 Dekabr 2017 20:43
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yükdaşıma qaydalarına əməl edilməsinə nəzarət gücləndirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdalıq edib.
Bundan sonra yükdaşıma qaydalarını pozan sürücülər yol polislərin iştirakı olmadan da cərimə ediləcəklər. Bu zaman texniki vasitələrin, xüsusilə nəzarət kameralarının imkanlarından istifadə ediləcək.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, yeni qərar sürücülərdə məsuliyyəti daha da artıracaq. Çünki əvvəllər sürücülər yol polislərinin olmadığı ərazilərdə məsuliyyətsizliyə yol verərək yükdaşıma qaydalarını pozurdular. Amma bundan sonra belə halların qarşısı alınacaq. Əks halda onların ünvanlarına elektron protokollar göndəriləcək.
Ərşad Hüseynovun sözlərinə görə, elektron protokolların tərtibinə yaxın günlərdə başlanacaq.
Ekspert deyir ki, bu yeniliyin böyük əhəmiyyəti var. Yükdaşıma qaydalarının pozulmasına görə baş verə biləcək qəzanın miqyası daha böyük ola biləcəyindən bu yeniliyin effektiv olacağı güman edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Yükdaşıma qaydalarına nəzarət gücləndirilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.