Cəmiyyət

İtin sədaqəti görənləri heyrətləndirir - VİDEO

16 Dekabr 2017 20:36
1 Şərh     Baxış: 1 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtə vəfalı heyvan deyirlər. Bu heyvanın insana olan bağlılığı hər zaman onun sədaqəti kimi başa düşülüb. Ancaq it yalnız insanlara qarşı deyil, həmcinslərinə qarşı da vəfalı və sədaqətlidir. Bunu indi sizə təqdim edəcəyimiz süjet də sübut edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, itin bir tayı ölsə də, digəri onun yanından ayrılmır. Gecə-gündüz ölü itin yanında qalan o biri it sadəcə nəsə yeyəndə və ya su içməyə gedəndə leşdən bir neçə metr aralanr.
Maraqlı hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində lentə alınıb. Bir həftə öncə yolu keçən iki itdən birini avtomobil vurub. Ölmüş itin leşi yolun kənarına düşüb. Maraqlı orasıdır ki, sağ qalmış it ölmüş itin yanından ayrılmır. Şüursuz hesab etdiyimiz bu heyvanın sədaqəti görənlərin heyrətinə səbəb olub.
Həmin ərazidə meyvə satan Qılman İbrahimov deyir ki, ilk günlər ölmüş itin sanki keşiyini çəkən heyvana acından ölməmək üçün qida atsalar da, o, bunu yeməyib.
İndi yol kənarından ayrılmayan bu itə elə yoldan ötən sürücülər yemək verirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
İtin sədaqəti görənlərin heyrətinə səbəb olur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.