Cəmiyyət

Kimin əli kimin cibində, kimin gözü kimin pulunda?! - SORĞU

16 Dekabr 2017 17:30
5 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pul əl çirkidir" deyirlər. Amma "çirk"siz də yaşamaq imkansızdır. Hər kəs bir yolla yaşayışı üçün pul qazanır, qazanc əldə edir. Bəs əli "çirk"ə çatmayanlar və ya "ayı-aya calayanlar" son bir ay müddətində borc alıbmı?

"ACT Azərbaycan" bunu müəyyənləşdirmək üçün Bakı sakinləri arasında sorğu keçirib.

Milli.Az sorğunun nəticələrini təqdim edir.

Rəyi öyrənilmiş Bakı sakinlərinin dörddə biri (24 %) yaxın dost-tanışından borc aldığını bildirib. Borc alanlar, əsasən, kişilər olub (27 %). Zərif cinsin nümayəndələrinin beşdə biri də (21 %) son bir ayda borc almadan keçinə bilməyib. 

Dost-tanış puluna ehtiyac duymayan daha çox olub (76 %). Qadınlar maliyyə işlərində daha uğurlu olublar (79 %). Kişilərin isə 73 %-i son bir ayda borc almadığını bildirib. 
Borca girənlər arasında 18-24 yaş aralığındakı gənclər daha çoxdur (30 %). 

Bəs borc almaq üçün Bakı əhli kimə müraciət edir ? 

Sorğuda iştirak etmiş paytaxt əhlinin, demək olar ki, yarısı (45 %) son bir ay ərzində borc verdiyini bildirib. Səxavət boğçasını, əsasən, kişilər açıb (51%). Qadınlar borc pul verməkdə güclü cinsdən nisbətən geri qalır (39 %). 

Borc verməyənlər (55%) arasında qadınlar üstünlük təşkil edir (60 %). Kişilərin 49%-in borc pul verməklə arası yoxdur. 
Səxavət boğçasını açmaqda, əsasən, 35-44 yaş aralığındakı nümayəndələr (59%) fəaldılar. 

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.