Cəmiyyət

Baş ağrısının ən yayılmış SƏBƏBLƏRİ

16 Dekabr 2017 20:35
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş ağrısı ən yayılmış pozulmalardan biridir.

Baş ağrısının 300 qədər müxtəlif səbəbi var - düzgün seçilməmiş eynək və ya linzalardan başlayaraq beyin şişlərinə qədər. Bu yazıda sizə baş ağrıların ən yayılmış səbəblərini təqdim edirik:

Gicqalarda ağrı

Belə ağrıların səbəbi kəllə daxili damarların həddindən artıq genişlənməsi, intoksikasiyalar, soyuqdəymə və infeksiyalar, qadınlarda menstruasiya qabağı sindrom.

Ənsə nahiyəsində ağrı

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun səbəbi təzyiqin kəskin qalxması ola bilər. Bu zaman insan ürəkbulanması hiss edir, qusma ola bilər.

Alın nahiyəsində ağrılar

Bunun səbəbi bir çox hallarda sinusitlər (haymorit və s.), görmə apparatının patologiyaları və aşağı təzyiq  olur.

Kəmərləyici ağrılar

Ağrı küt və sıxıcı olur. Belə ağrının səbəbi gərginlikdir. Adətən belə ağrılar gərgin əqli fəaliyyəti ilə məşğul olan, uzun müddət ərzində kompüterdə işləyən insanlarda inkişaf edir.  
Belə ağrının digər səbəbi stresdir.

Başın bir tərəfində ağrılar

Adətən bunun səbəbi miqrendir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.