Cəmiyyət

Oğlu həbsdən çıxan əməkdar artist: "İçəri girəndə gözlərimə inanmadım"

15 Dekabr 2017 17:28
9 Şərh     Baxış: 7 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Rəhman Rəhmanovun həbsdə olan oğlu Emil Rəhmanov azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor sevincinin həddi-hüdudu olmadığını deyib:

"Ata üçün bundan böyük sevinc ola bilməz. Gecə qapı açıldı, oğlum qəfildən içəri girəndə gözlərimə inanmadım. Çünki yanvarda azad olunmalıydı. O hissləri təsəvvür etmək çox çətindir. Gözlərim doldu. Əslində oğlum bu dəfə heç nədən tutulmuşdu. İçkili vəziyyətdə davaya düşmüşdü. Şükür Allaha, indi azadlıqdadır. İlk olaraq məni görməyə gəldi, sonra da anasıgillə görüşməyə getdi. Mənə söz verdi ki, ata, bir də sənin başını aşağı etməyəcəm. Ona inanıram. Başı daşdan-daşa dəyib. İstəyirəm oğlum sənətinin dalınca getsin, çünki çox istedadlıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.