Cəmiyyət

Biləsuvarda duman problemlər yaradıb

12 Dekabr 2017 23:37
0 Şərh     Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.
Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.
Sözügedən ərazilərdə bu dəqiqəyə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.