Cəmiyyət

Mingəçevirdə piyadanı şirkət maşını vurub

12 Dekabr 2017 22:19
0 Şərh     Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, poçt meydanı kimi tanınan ərazidə baş verib.
Markası hələ ki, bilinməyən şirkət avtomobili yolu keçmək istəyən təqribən 32-35 yaşlı Məhəmməd adlı şəxsi vurub.
Tüfeyli həyat sürməklə məşğul olan piyada, hadisə baş verən zaman da içkili vəziyyətdə olub və işıqforun avtomobillər üçün yanan yaşıl işığına məhəl qoymayaraq yolu keçmək istəyib. Bu zaman o, sözügedən avtomobilin qarşısına çıxıb. Piyada qəza zamanı yüngül xəsarət alıb və polis maşını ilə ilkin tibbi yardım göstərilməsi tibb məntəqəsinə aparılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.