Cəmiyyət

Tüstüdən zəhərlənənlərin adları məlum oldu - VİDEO

12 Dekabr 2017 21:06
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hündürmərtəbəli binanın liftində yaranan nasazlıq yanğına səbəb olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gecə Mingəçevirdə baş verib. Doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki şaxtada başlayan alov tez bir zamanda şiddətlənib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğın zamanı 6 nəfər- 60 yaşlı Paket Mikayılova, 36 yaşlı Səbuhi Əhmədov, 29 yaşlı Röyal Quliyev, 25 yaşlı Nərgiz Əvəzqızı, 8 yaşlı Şahin Pənahov və 3 yaşlı Tahirə Nəcəfova tüstüdən zəhərlənərək Mingəçevir şəhər xəstəxanasına çatdırlıb. Zərərçəkənlərə tibbi yardım göstərilib. Yanğın zamanı doqquzmərtəbəli binanın 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqillərinin 30 p.m-i yanıb. Alovun mənzillərə keçməsinin qarşısı alınıb, 30-dan çox bina sakini isə təhlükəsiz əraziyə təxliyə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Yanğın zaman tüstüdən zəhərlənənlərin adları məlum oldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.