Cəmiyyət

Ağdaşda 15 yaşlı qız turnikdən yıxılaraq ölüb - VİDEO

12 Dekabr 2017 21:05
1 Şərh     Baxış: 2 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaşda 15 yaşlı qız turnikdən yıxılaraq ölüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bədbəxt hadisə rayonun Ləki qəsəbəsində baş verib. Qəsəbə sakini, 10-cu sinif sagirdi Mehriban Osmanova öz həyətlərində olan turnikdə idman edən zaman yıxılıb və başı betona çırpılıb. Mehriban Osmanovanı yıxıldığını görən anası onu dərhal xəstəxanaya aparsa da, qızın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır kəllə-beyin travmasından dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Ağdaşda 15 yaşlı qız turnikdən yıxılaraq ölüb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.