Cəmiyyət

Xızıda 78 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

12 Dekabr 2017 08:48
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, dekabrın 11-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 78 ədəd partlamamış hərbi sursat (PHS), 152 ədəd partlamış-yanmış mərmi qalıqları və 530 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 232 000 kv.m (23.20 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 91 gün ərzində 21 343 ədəd partlamamış hərbi sursat (PHS), 11 949 ədəd partlamış-yanmış sursat qalıqları və 75 506 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 920 512 kv.m (7 292 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.