Cəmiyyət

"Nissan" 24 mindən çox avtomobili geri çağırdı

11 Dekabr 2017 23:45
0 Şərh     Baxış: 2 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nissan" şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar avtomobillərdəki naqillərdə qeydə alınan texniki qüsurlarla və təhlükəsizlik yastıqlarının düzgün işləməməsi ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış "Qashqai" və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.