Cəmiyyət

Bakıda 700 sərnişin avtobusu kart sisteminə keçəcək

11 Dekabr 2017 22:46
2 Şərh     Baxış: 3 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin birinci rübündə Bakıda 700 sərnişin avtobusu gediş haqqının kartla ödənilməsi sisteminə keçəcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə özəl olaraq Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli məlumat verib.

Qurum rəhbəri deyib ki, bununla da Bakıdakı avtobusların 50 faizi kart sistemi ilə işləyəcək: "Hazırda 19 marşrut üzrə 478 avtobus kart sisteminə keçib. Daha 700 avtobus da gələn ilin əvvəllərindən kart sisteminə keçəcək".

V.Kərimli bildirib ki, hazırda digər sərnişin avtobuslarının da kart sisteminə keçməsi üçün daşıyıcılarla danışıqlar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.