Cəmiyyət

Bakıda məcburi eniş etmiş təyyarənin sərnişinləri Londona uçub - YENİLƏNİB

12 Dekabr 2017 17:58
2 Şərh     Baxış: 18 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:58

Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş etmiş "British Airways" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri Londona uçub.

Milli.Az bildirir ki, bu barədə  Trend-ə hava limanından məlumat verilib.

Aviaşirkət sərnişinləri digər təyyarə ilə göndərmək qərarına gəlib: "Təyyarə Bakıya gəldi və sərnişinləri Londona apardı. Hazırda təyyarə uçuşu həyata keçirir. Təcili eniş etmiş "Boeing-777"yə gəlincə, bu təyyarə heyət hazır olduqdan sonra Bakıdan uçacaq".

Ötən gün Bakıda Mumbay-London reysini yerinə yetirən "British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi məcburi eniş edib. Eniş kabinənin tüstülənməsi səbəbindən edilib.

Boeing-777 təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 heyət üzvü olub.

---------

09:00

Ötən gün Bakıda məcburi eniş edən "British Airways" aviaşirəktinə məxsus "Boeing-777" təyyarəsi uçuşa hazırdır.

Milli.Az bildirir ki, Trend-ə  Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Aeroportdan onu da əlavə ediblər ki, bununla belə, aviaşirkət uçuş haqqında hələ qərar qəbul etməyib.

"Sərnişinlər əvvəlki kimi Heydər Əliyev Beynəlxalq Hava Limanının tranzit zonasında gözləyirlər. Onlar lazımi qida və içkilərlər təmin ediliblər."

12.12.2017

00:30

Bakıda məcburi eniş edən "British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsinin kapitanı, sərnişinlərin təyyarəni tərk etmələri barədə qərar qəbul edib.

Milli.Az bildirir ki, Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata əsasən, sərnişinlər aeroportun tranzit zonasında yerəşdiriləcəklər. Onlar, zəruri olan hər bir şey ilə, o cümlədən qida və içki ilə təmin olunacaqlar.

-----------------

11.12.2017

23:58

Bakı aeroportu reysin sərnişinlərini qəbul etməyə və müvafiq yardım göstərməyə hazırdır. Milli.Az bildirir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında deyiblər.

"Ancaq sərnişinlər pilotun qərarı ilə hələlik təyyarəni tərk etməyiblər", deyə aeroportdan bildirilib.

----------

21:44

"British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edib. Təyyarə Mumbay-London reysini yerinə yetirirdi.

Milli.Az bildirir ki, bu barədə Trend-ə hava limanından xəbər veriblər.

Qeyd olunur ki, eniş pilot kabinəsinin tüstülənməsi səbəbindən edilib. "Boeing-777" təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub. Təyyarə uğurlu eniş edib və hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır", deyə aeroportdan bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.