Cəmiyyət

İstanbulda AXC mühacirlərinin baxımsız qalmış məzarları yenilənəcək - FOTO

10 Dekabr 2017 22:21
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradıqdan sonra Türkiyəyə sığınan mühacirələrin dəfn olunduğu İstanbuldakı Fəriköy məzarlığında soydaşlarımızın baxımsız qalmış məzarları Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə yenilənəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə məlumatı Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev verib.
Baş konsul Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq, konsulluğun mühüm layihələr həyata keçirdiyini və tədbirlər planına mühacirlərə aid məzarların da bərpasının daxil edildiyini söyləyib: "Ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan böyük şəxsiyyətlər - Azərbaycanının ilk ədliyyə naziri Xosrovpaşa Sultanzadə, cumhuriyyətin ilk hərb naziri Nağı bəy Şeyxzamanlı, maliyyə naziri Qulamrza Şərifzadə, beynəlxalq konfransda iştirak edən ilk həmvətənimiz, ermənilərə və ruslara qarşı yaradılan "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk millət vəkili olan Sürəyya Ağaoğlu, aralarında millət vəkillərinin və o dövrün aktiv siyasətçilərin olduğu 30-dan çox tarixi şəxsiyyətin məzarları Fəriköy məzarlığındadır. Onlardan bəzilərinin doğmaları, yaxınları yaşasa da, bəziləri kimsəsizliyə məhkum olunub. Elə bu səbəbdən də, məzarların çoxu baxımsız vəziyyətdədir.
Dağılmış, qırılmış qəbirüstü abidələrin yenidən bərpası üçün artıq müvafiq orqanlara müraciət olunub və tədbirlər planı hazırlanıb. Məzarlıq önündə məlumat lövhələrinin yerləşdirilməsi və onların qəbirlərinin üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunması, burada uyuyan şəxsiyyətlərin kimliklərinin yazıldığı abidənin qoyulmasını planlaşdırırıq".
Baş konsul deyib ki, qəbirstanlıqda dəfn olunan bir çox azərbaycanlı mühacirin kimliyi məlum deyil: "Biz bununla bağlı araşdırmaların aparılması üçün mühacirət tarixini araşdıran tarixçilərlə əlaqə yaratmışıq. Bəzi məzarların üzərinə azərbaycanlı sözü yazılıb, ancaq mərhumun kimliyi və burda hansı işlə məşğul olduğu məlum deyil. O vaxt Türkiyəyə gələnlərdən bəziləri məlum səbəblərdən soyadlarını da dəyişiblər. Yeri gəlmişkən, Feriköy məzarlığında Səlim Rəfiqin atası Əli Rəfioğlunun da məzarını yenicə tapdıq. Əli Rəfioğlu Xoyski ailəsinin məzarlarının yaxınlığında dəfn edilib. Səlim Rəfiqin məzarının arxasında isə ailə üzvlərinin məzarı yerləşir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.