Cəmiyyət

Allaha olan təvəkkülümüzü necə artıraq?

12 Dekabr 2017 21:40
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təvəkkül imanın sütunlarından biri sayılır və ona görə də imanla sıx əlaqəsi vardır.

Allaha olan təvəkkülü gücləndirmək üçün nə etməli?

1. İmanı gücləndirmək. Allaha imanımızı gücləndirən əməl və rəftarları təkrar şəkildə yerinə yetirməyə çalışaq. Xüsusilə də vacibatları qəlb hüzuru ilə yerinə yetirib, müstəhəbatları unutmamaqla.

2. Allahın haqq olduğuna yəqin əldə etmək. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allaha təvəkkülü gücləndirən amillərdən biri də Allaha olan etiqadımızı yəqin səviyyəsinə gətirib çıxartmaqdır. Yəni, bu əqidədə sabitqədəm olaq.

3. Başqalarına tamahdan əl çəkmək. Əgər insan Allahdan qeyrisindən əlini üzərsə və ümidi ancaq Allaha olarsa, təvəkkülü güclənər. Əksinə, əgər insan həmişə başqalarından yardım gözləsə, bu adət halına keçər. O, insanlıq kəramətini alçatmış olar.

4. Allahdan başqasından qorxmamaq. İnsan əgər Allahdan başqasından qorxmazsa və çəkinməzsə - təvəkkül məqamına nail olar. (Tebyan)

Beləliklə deyə bilərik ki, imanın sütunlarından biri sayılan Allaha təvəkkülü gücləndirmək üçün imanı gücləndirmək, yəqin məqamına çatmaq, başqalarından yardım gözləməmək və Allahdan qeyrisindən qorxmamaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.