Cəmiyyət

Allah məni ac qoymaz

12 Dekabr 2017 22:20
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Şeyx Fəth Mosuli nəql edir: "Səhrada bir yeniyetmə gördüm ki, hələ həddi-büluğ yaşına çatmamışdı. O, davamlı olaraq zikr deyirdi. Ona salam verdim və o, da cavabını verdi.

Soruşdum ki, hara gedirsən?
Dedi: Beytul-hərəmin ziyarətinə.
Dedim: Hansı zikri deyirsən?
Dedi: Quran oxuyuram.
Dedim: Sən hələ təklif yaşına çatmamısan. Niyə özünə əziyyət verirsən?
Dedi: Mən öz gözlərimlə görürəm ki, məndən kiçiklər ölümü dadırlar.
Dedim: Addımların çox qısadır, gedəcəyin məqsəd isə uzundur.
Dedi: Mənim vəzifəm - getməkdir, Allahın işidir məni məqsədimə çatdırmaq.
Dedim: Sənin yanında azuqə görmürəm.
Dedi: Mənim azuqəm - yəqinim və miniyim - ayaqlarımdır.
Dedim: Çörəyi, suyu soruşuram.
Dedi: Heç görmüsən ki, kimsə səni qonaq çağırsın və sən də yeməyini özünlə aparasan? Allahım məni bu ziyarətə dəvət etmişdir və azuqəmi özümlə götürməyimə ehtiyac yoxdur. Məgər Allahım məni ac qoyacaqdır?
Dedim: Xeyr. Sonra mənim nəzərimdən qaib oldu və getdi. (Həvzəh)
Onu Məkkədə təvaf edən halda gördüm və mənə dedi: "Ey Şeyx! Şəkkin aradan getdimi?".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.